"Milyonluq biznesim yoxdur" - deputat

20-11-2019, 10:35           
"Milyonluq biznesim yoxdur" - deputat
Milli Məclisin deputatı Adil Əliyev Yeni Azərbaycan Partiyasının üzvü olmamasının səbəbini açıqlayıb.

A.Əliyev “Azadlıq radiosu”na video-müsahibəsində deyib ki, siyasətlə məşğul olmur.

Deputat bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir: “Bitərəfəm, Yeni Azərbaycan Partiyasının üzvü deyiləm. Ona görə ki, hərbçi, polis olmuşam. Açığı, Yeni Azərbaycan Partiyasının üzvü olmaq daha çox məsuliyyətdir. Əlavə işlə məşğul olmaq vaxt itkisi olar. Qırxayaq deyiləm ki, hər işlə məşğul olam”.

A.Əliyev milyonluq biznesinin olması ilə bağlı da iddiaları əsassız adlandırıb: “Bizim milyonluq biznesimiz yoxdur. Nəsə əldə etmişiksə, polis və ya deputat maaşı ilə əldə etməmişik. Sadəcə, yaxşı oğlan, ağıllı düşüncələrə sahib olmaq lazımdır. Rusiyada təhsil almışam, oradakı hazırki iş adamları ilə birgə oxumuşuq, çalışmışıq. Həmin insanların Azərbaycanla əlaqələrini qurmuşam. Özüm isə heç vaxt biznes fəaliyyəti ilə məşğul olmamışam. Yaxşı insanlara həmişə hörmət edirlər. Sürdüyüm avtomobili də qardaşımoğlu doğum günümdə hədiyyə edib”. (Pravda.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.