Abramov: Əzrayıla deyəcəm, mənə imkan ver... – Video

7-12-2019, 08:44           
Abramov: Əzrayıla deyəcəm, mənə imkan ver... – Video
Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin deputatı Yevda Abramov dünyasını dəyişib.

Bu gün Azərbaycanın millət vəkili Yevda Abramov dünyasını dəyişib.

Axar.az xəbər verir ki, Azərbaycanı həddən artıq çox sevən və bütün şüurlu fəaliyyəti ərzində ölkəmizin maraqlarını qorumaq üçün əlindən gələni edən, hətta İsrail Knessetində bir neçə dəfə “erməni soyqırımı” qətnaməsinin qəbulunun qarşısını alan Yevda Abramovla bağlı sosial şəbəkələrdə olduqca təsirli görüntülər, çıxışlar paylaşılır.

Xüsusilə Y.Abramovun müsahibələrindən birində dediyi söz onun haqda təsəvvürləri tamamlayır:

“Azərbaycanın axırıncı hecası “can”la bitir. Ömrümü tapşıranda da Əzrayıla deyəcəyəm ki, mənə imkan ver, “Can Azərbaycan” deyib, ömrümü tapşırım.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.