“İllərdir deyirəm ki, insanlar düzəlsin, amma nə onlar, nə də bəzi məmurlarımız düzəlmir...”

11-12-2019, 09:12           
“İllərdir deyirəm ki, insanlar düzəlsin, amma nə onlar, nə də bəzi məmurlarımız düzəlmir...”
Xəbər verdiyimiz kimi ölkədə gec ailə quranların sayı artıb. Rəsmi statistikaya görə hazırda nigaha daxil olan kişi və qadınların orta yaş həddi 29-dur. Bu isə 29 il ərzində qeydə alınan ən yüksək yaş həddidir.

Moderator.az-a açıqlamasında tanımış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov da məsələyə görə narahat olduğunu bildirdi:

“Azərbaycanda gec ailə quran insanların sayına görə narahatam. Bu istiqamətdə dövlət müvafiq tədbirlər görməlidir. Əslində qızları 21-23, oğlanlar isə 23-25 yaşında evlənməlidir. Amma indi 33, 35, hətta 40 yaşında evlənənlər var. Gənclərimiz şərait qura bilmir, maddi cəhətdən çətinlik çəkirlər, fikirləşirlər ki, ailə saxlaya biləcəyikmi? İkinci bir tərəfdən də oğlanlar qızlara, qızlar da oğlanlara inanmır. Bir çox problemlər var və hamısı çözülməlidir. Gec evlənən kişilərin cinsi orqanlarında problem olur, vaxtında evlənsələr, daha yaxşı olar. Bununla yanaşı, qidalanmaya da diqqət yetirmək lazımdır. Bu gün Azərbaycana mənşəyi bilinməyən, kişiləri bədbəxt edən qidalar gətirilir. Onlardan biri də “Palma” yağıdır ki, hər dəfə bunu deyirəm. Bu yağdan əlli min ton Azərbaycana gətirirlər. Amma dünyada isə bu yağdan istifadə qadağandır”.

R.Mahmudov sosial evlər layihəsindəki qalmaqalı da tənqid edib:

“Sosial evlər layihəsi başlatdılar və orda da saxtakarlıq etdilər. Bunlar hər yerdə saxtakarlıq edirlər, insanlar saf paklıqdan çox uzaq düşüblər. Rüşvət artıq həyat kredosuna dönüb. Bu ölkə düzəlməlidir, mən ölüb gedirəm, 82 yaşım var. On iki ildir deyirəm ki, insanlar düzəlsin, amma nə insanlarımız, nə də bəzi məmurlarımız düzəlmir ki, düzəlmir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.