"Qanunu kasıblarçün yaradıblar ki,varlılara mane olmasınlar"

7-07-2020, 00:01           
"Qanunu kasıblarçün yaradıblar ki,varlılara mane olmasınlar"
"Camaatımıza səbr, multimilyarderlərə də eyş-işrətlə məşğul olmağı arzulayıram..."

“Baxmayaraq ki, Azərbaycan türkləri dünyanın ən qədim xalqlarındandır, amma biz bir xalq olaraq hələ də həddi-buluğa çatmamışıq. Kasıblara üzümü tutub demək istəyirəm ki, qayda-qanunlara riayət edin, siz də buna əməl etməyəndən sonra kim əməl etməlidir?”

PİA.az xəbər verir ki, bunu yazıçı Seyran Səxavət deyib. Yazıçı qanunların həmişə kasıblar tərəfindən icra, varlılar tərəfindən pozulduğunu bildirib:

“O, “Fairmont” otel yəqin ki, sənin olmaz, heç mənim də deyil. Dünən oxudum ki, orda karantin qaydalarını pozublar. Düzünü deyim ki, artıq bezmişəm bunları deməkdən. Əlbəttə, qanun kasıblar üçündür. Qanunu varlılar kəşf ediblər ki, lazım gələndə kasıbların, onların haram yaşamasına göz yummayan adamların qarşısını alsınlar. İmkanlı adamların hamısı elə orda-burda yeyib-içirlər. Adını deməyəcəm, sağ olsun, o gün imkanlı adamlardan biri zəng vurub deyir ki, “müəllim, gələk oturaq”. Dedim ki, axı karantindi. Dedi ki, müəllim bizə nə karantin”. Amma bilmir ki, mən o iki saatı iyirmi dəqiqə kimi hesab edib elə də yaşayıram. Bu ölkə belədir. Qanun onu yaradanlar üçün deyil.

Maarifləndirici şeylərin həmişə əleyhinə olmuşam. Çünki maarifləndirmə o zaman olar ki, milli şüur lazımı səviyyədə olsun. Bunun da tənzimləyən təhsildir. Bu, bir ilin, on ilin, heç əlli ilin söhbəti deyil, yüz ilin söhbətidir. Baxmayaraq ki, Azərbaycan türkləri dünyanın ən qədim xalqlarındandır, amma biz bir xalq olaraq hələ də həddi-buluğa çatmamışıq. Kasıblara üzümü tutub demək istəyirəm ki, qayda-qanunlara riayət edin, siz də buna əməl etməyəndən sonra kim əməl etməlidir? Deyir ki, yetim uşaqsan bir cür yat, kasıb uşaqsan ayağını yorğanına görə yox e, çalış ki, heç uzatmayasan, dizini büküb yatasan. İndi real vəziyyət belədir. Ona görə də mən camaatımıza səbr, o yüksək səviyyəli multimilyarderlərə də daha gözəl keflər çəkməyi, eyş-işrətlə məşğul olmağı arzulayıram”. (Moderator.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.