“Vətəndaşlar işləməlidir ki, həm dövlət büdcəsinə əlavə gəlir gəlsin, həm də...”

10-08-2020, 11:01           
“Vətəndaşlar işləməlidir ki, həm dövlət büdcəsinə əlavə gəlir gəlsin, həm də...”
Məlum olduğu kimi,pandemiya ilə əlaqədar olaraq ölkəmizdə iqtsiadi artım tempinin səngiməsimüşahidə olunur.

Maraqlıdır, iqtisadiartım tempinin səngiməsi ölkə iqtisadiyyatına nə vəd edir? Digər ölkələrləmüqayisədə Azərbaycanda bu sahədə vəziyyət nə dərəcədə qənaətbəxşdir?

Moderator.az-a açıqlamaverən millət vəkili Vahid Əhmədov digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyətindaha qənaətbəxş olduğunu söylədi:

“Birinci yarımildəümumdaxili məhsulda 2,5% azalma var. İlin axırına qədər bu rəqəmin 5%-ə qədərolması gözlənilir. Lakin elə dövlətlər var ki , pandemiya və neftin qiymətindəkiazalma ilə bağlı bu rəqəm 10%-dən çoxdur. Ölkəmizdə iqtsiadi artım tempini yüksəltməküçün gərəkli addımlar atılır.



Bu gündən etibarən bəzixidmət sahələrinin də açılması nəzərdə tutulur. Çünki yoluxanların sayındaazalma gedir. Xidmət sahələri açılmalı, insanlar işləməlidir. Vətəndaşlar işləməlidirki, həm dövlət büdcəsinə əlavə gəlir gəlsin, həm də insanlar müəyyən məvacibala bilsinlər. Bu baxımdan yumşaldılmaların davam etdirilməsi doğru addımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.