Netanyahunun partiyası Knesset seçkilərində ən yaxın rəqibinə bir yer uduzur

18-09-2019, 02:24           
Netanyahunun partiyası Knesset seçkilərində ən yaxın rəqibinə bir yer uduzur
İsrailin baş naziri Benyamin Netanyahunun “Likud” partiyası təkrar parlament seçkilərinin nəticələrindən sonra İsrail Müdafiə Qüvvələri Baş Qərargahının keçmiş rəhbəri Beni Qanzın başçılıq etdiyi “Kahol-Lavan” mərkəzçi blokuna bir yer hesabı ilə uduzur.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir göstərici İsrailin 12-ci telekanalının apardığı ekzitpol nəticələri əsasında əldə olunub.

Eyni zamanda yerli televiziyanın 13-cü kanalının ekzitpol nəticələri göstərir ki, “Kahol-Lavan” Knessetdə (İsrail parlamenti) 54-58 yer, “Likud” isə 54-57 yer tutacaq. 11-ci kanalın hesablamasına görə, hər iki partiya 120 yerlik birpalatalı parlamentdə 55 deputat mandatı əldə edə biləcək.
Ölkənin sabiq müdafiə naziri Aviqdor Libermanın “İsrail – Bizim evimiz” partiyasının isə Knessetdə 8-10 yer tutmaq imkanı var.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.