“Ermənilər qanunsuz məskunlaşdırma aparır” - Millət vəkilinə müraciət olundu

20-10-2019, 11:00           
“Ermənilər qanunsuz məskunlaşdırma aparır” - Millət vəkilinə müraciət olundu
Avstraliya-Azərbaycan Assosiasiyası ölkənin NSV əyalətinin millət vəkilinə məktub göndərib.

Təşkilatın sədri Mikayıl Oytanın Cebhe.info-ya verdiyi məlumata görə, məktubda Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilir. “Məktubda qeyd etmişik ki, Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın işğalçılıq siyasəti ilə başlanıb. Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü pozulub. Ölkənin 20 faizi Ermənistan tərəfindən işğal edilib. 1 milyon azərbaycanlı öz yurdunda qaçqına çevrilib. Ermənilər Qarabağın Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli soyqırım törədiblər.

BMT Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxmasını özündə ehtiva edən 4 qətnamə imzalasa da, işğalçı dövlət buna əməl etmir”. Mikayıl Oyta habelə məktubda işğal olunmuş Azərbaycan torpaqlarına Suriyadan ermənilərin və kürdlərin yerləşdirildiyini də millət vəkilinin dəqqətinə çatdırıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.