Qarabağ danışıqlarında FORMAT DƏYİŞİR? - Politoloq Məmmədyarovu tənqid etdi

12-11-2019, 18:41           
Qarabağ danışıqlarında FORMAT DƏYİŞİR? - Politoloq Məmmədyarovu tənqid etdi
Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin birbaşa dəstəyi ilə Qarabağdakı separtaçıların fəaliyyəti genişlənməkdədir.

Redaktor.az bildirir ki, politoloq Məhəmməd Əsədullazadə Bako Saakyanın noyabrın 8-dən başlayan və hələ də davam edən Avropa səfərinə münasibət bildirib.

Politoloq hesab edir ki, Azərbaycanın cəbhədə atəşkəsə tam riayət etməsi, Paşinyana vaxt verməsi əleyhimizə işlədi:

“Separatçı qurumun “xin” rəhbəri Manilyanın üç həmsədr dövlətə səfərinin ardınca, separtaçıların rəhbəri Bako Saakyan da Belçika parlamentində görüşlər keçirərək, danışıqlar aparıb. Azərbaycan XİN rəhbərliyinin bundan xəbəri varmı?! Azərbaycanın işğal olunmuş ərazilərində qondarma qurum siyasi fəaliyyətini genişləndirib və danışıqlarda Qarabağın statusu üçün ABŞ, Rusiya, Fransanın dəstəyini alır, Avropada danışıqlar apararaq Azərbaycanı fakt qarşısında qoymağa çalışırlar. Təəssüf ki, rəsmi Bakı separtçıların bu səfərlərinin qarşısını ala bilmir”.

M. Əsədullazadə vurğulayıb ki, Minsk qrupunun həmsədrlərinin və Avropa dövlətlərinin ikili standartları, separatizmi açıq dəstəkləmələri beynəlxaq hüququn tapdalamasına zəmin yaradır:

“Separtçılara qarşı Avropa və ABŞ-ın bu loyal münasibəti, danışıqlarda Qarabağın Azərbaycandan qopardılmasına siyasi bir mexanizm hazırlayır. Məhz Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvanda “Dağlıq Qarbağ əhalisinin” iradəsinə zidd olan heç bir razılaşmanın olmayacağını və referendumun Qarabağda keçirilməsini açıq şəkildə ifadə etməsi artıq, münaqişənin həllində aparılan danışıqlarda yeni formatın olmasından xəbər verir”.

Politoloq bildirib ki, Qarabağ danışıqlarında yeni bir mənzərə yaranıb:

“Bu formatı həmsədrlər də qəbul edir və separtçıların sıx-sıx Avropa və ABŞ səfəri buna hesablanıb. Qarabağdakı separtçıları Ermənistan rəhbərliyi xüsusi ilə Paşinyan xarici səfərlərə göndərərək danışlıqlarda öz formulunu diktə etməyə çalışacaq. Artıq, Rusiya bu formulu Sergey Lavrovun dili ilə qəbul etdiyini elan etdi. Azərbaycan Ermənistan rəhbərliyinin bu siyasi avantürasının qarşısnı almağa qadirdir. Cəbhədə Ermənistana zərbə endirliməyincə Ermənistan diplomatik yolla bizə əraziləri qaytarmayacaq. Ermənilər ona görə Qarabağda bizimlə döyüşməyib ki, bir neçə ildən sonra xoşluqla geri qaytarsın. Azərbaycan XİN rəhbərliyinin fəaliyyəti hazırkı siyasi çağırışlara cavab vermir. Elmar Məmmdyarov vəzifədaşı Mnatsakanyanla görüşməklə işini bitmiş hesab edir”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.