Rusiya Prezidenti: "Dünyada heç bir konflikt münaqişəli tərəflər arasında birbaşa dialoq olmadan həll olunmayıb"

10-12-2019, 06:40           
Rusiya Prezidenti: "Dünyada heç bir konflikt münaqişəli tərəflər arasında birbaşa dialoq olmadan həll olunmayıb"
"Normandiya formatı" sammiti çərçivəsində iş çox faydalı oldu”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Parisdə keçirilən “Normandiya formatı”nda keçirilən görüşün yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

Putin bu danışıqlarda iştirak edən liderlərə təşəkkürünü bildirib.

Rusiya prezidenti bəyan edib ki, danışıqların yekunu ilə bağlı imzalanan sənəddə Minsk razılaşmalarının yerinə yetirilməsinin alternativsiz olduğu qeyd edilib: "Qəbul olunan birgə yekun sənəddə 2015-ci il 12 fevral Misnk razılaşmalarının ardıcıl olaraq yerinə yetirilməsinin alternativsiz olduğu qeyd olunub. Sənəddə münaqişə tərəfləri arasında birbaşa dialoqun qurulmasının vacibliyi də qeyd olunub".

Putin ölkəsinin Ukraynadakı münaqişənin həll olunması üçün əlindən gələni edəcəyini vurğulayıb: "Rusiya ondan asılı olan hər şeyi edəcək ki, bütün problemlər və məsələlər həll olunsun, münaqişə isə yekunda bitsin. Bunun üçün münaqişə tərəfləri öz aralarında razılığa gəlməlidirlər ki, birbaşa dialoq olsun. Dünyada heç bir konflikt münaqişəli tərəflər arasında birbaşa dialoq olmadan həll olunmayıb".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.