Muxtar Respublikada Vasif Talıbov dönəmi bitir? - Seçkilərdən sonra yeni Naxçıvan görəcəyikmi?..

10-12-2019, 12:48           
Muxtar Respublikada Vasif Talıbov dönəmi bitir? - Seçkilərdən sonra yeni Naxçıvan görəcəyikmi?..
Muxtar Respublikada Vasif Talıbov dönəmi bitir?
“Naxçıvan Muxtar Respublikasında fevralın 9-da Ali Məclisə keçiriləcək seçkilərdən sonra orada nəyinsə dəyişməsinə ümid etmirəm. Yəni düşünürəm ki, Naxçıvanda formalaşan qapalı cəmiyyət elə də qalacaq”.

Bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin buraxılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimi kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 9-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Məsələnin maraqlı tərəfi isə odur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması ilə bağlı hüquqi prosedur həyata keçirilməyib və sadəcə Ali Məclisin sədri muxtar qurumun qanunverici orqanına növbədənklənar seçki təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Bu gün mətbuatda yayılan məlumatda isə bildirilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov öz yerinə kiçik oğlu Seymur Talıbovu gətirmək istəyir. Hətta bunun üçün Naxçıvandakı önəmli qurumları Seymur Talıbovun qohumlarına tapşırıb. Vasif Talıbovun Muxtar Respublikanın DİN-nin rəhbəri vəzifəsinə öz qudasını gətirməsi də bu siyasətin tərkib hissəsi olduğu bildirilir.

Qeyd edilir ki, Vasif Talıbov oğlu Seymuru da özünün müavini təyin etdirmək istəyirmiş. Bu isə mərkəzi hakimiyyətin səlahiyyətləri daxilində olduğundan rəsmi Bakının razılığının alınması vacib imiş. Rəsmi Bakı isə buna razılıq vermədiyindən Seymur Talıbov yerli səlahiyyətlər çərçivəsində atasının köməkçisi ola bilib. “Naxçıvan” Universitetinin yeni rektorunun təyinatını da varis planının həyata keçirməsinin elanına hesablanıbmış.

Bilirik ki, uzun illərdir Naxçıvanda qapalı cəmiyyət formalaşdırılıb. Bu seçkilərdən sonra Naxçıvanda dəyişikliklərin olmasına və daha ilıq hakimiyyətin formalaşmaşına ehtimal vermək olar?

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə müakirə edib.

Sərdar Cəlaloğlu: “Ali Məclisə keçiriləcək seçkilərdən sonra Naxçıvanda daha ilıq hakimiyyətin formalaşmaşı ehtimalı yoxdur”.

Naxçıvan Muxtar Respublikasının qanunlarının Azərbaycan qanunlarından fərqli olduğunu xatırladan ADP sədri PİA.az-a açıqlamasında bildirib ki, Ali Məclis seçkilərində iştirak edən namizədlərin adları açıqlanandan sonra seçkinin necə keçəcəyi haqqında proqnoz vermək daha asan olacaq:

“Məlumdur ki, Naxçıvan Muxtar Respublikasının qanunları Azərbaycan qanunlarından fərqlidir. Yəni bizdə Prezidentin fərmanı ilə Milli Məclis buraxıla bilər. Amma Naxçıvan Muxtar Respublikasında Ali Məclis qərarları verir. Buna baxmayaraq Naxçıvanda bütün qərarları Ali Məclisinin sədri Vasif Talıbov verirdi. Hesab edirəm ki, Naxçıvan Ali Məclisi buraxıldığına görə seçkilərdə Vasif Talıbov iştirak edə bilməz. Vasif Talıbovun namizəd olub-olmamsını isə yaxın günlərdə görəcəyik. Ümumilikdə isə Ali Məclis seçkilərində iştirak edən namizədlərin adları açıqlanandan sonra seçkinin necə keçəcəyi haqqında proqnoz vermək daha asan olacaq.

Naxçıvan Muxtar Respublikasında fevralın 9-da Ali Məclisə keçiriləcək seçkilərdən sonra orada nəyinsə dəyişməsinə ümid etmirəm. Yəni düşünürəm ki, Naxçıvanda formalaşan qapalı cəmiyyət elə də qalacaq. Ali Məclisə keçiriləcək seçkilərdən sonra Naxçıvanda ilıq hakimiyyətin formalaşmaşına da ehtimal yoxdur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.