Bu YAP-çı deputatlar yenidən namizəd olacaq

12-12-2019, 12:11           
Bu YAP-çı deputatlar yenidən namizəd olacaq
Hakim Yeni Azərbaycan Partiyası (YAP) 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı namizədləri müəyyənləşdirsə də, hələ siyahını açıqlamayıb.
Bəzi məlumatlara görə, YAP-ın namizədlər siyahısı dekabrın 15-də açıqlanacaq. YAP-ın icra katibi Əli Əhmədovun “burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz” sözlərindən sonra köhnə tərkibdən kimlərin siyahıda yer alacağı barədə müxtəlif məlumatlar yayılır.

Yenisabah.az xəbər verir ki, məlumatlarda köhnə tərkibdən olacaq namizədlərin arasında aşağıdakı şəxslərin adı çəkilir. Bahar Muradova , Ziyafət Əsgərov, Cavid Qurbanov, Eldar İbrahimov, Səyavuş Novruzov, Səməd Seyidov, Əli Hüseynov. YAP-ın həmçinin bitərəf deputatlar Qənirə Paşayeva, Adil Əliyev, Ülvi Quliyevə də dəstək verəcəyi haqda məlumatlar yayılıb.

Bu siyahı böyüyə də bilər. Çünki köhnə tərkibdən yeni parlamentdə təmsil olunmaq isətəyən başqa iddialılar da var. Bəzi məlumatlara görə, Hadı Rəcəbli, Zeynəb Xanlarova, Fəttah Heydərov, Arif Rəhimzadə, Hacı Madər Musayev, İmamverdi İsmayılov, Elmira Axundova və başqa bir neçə şəxs yenidən deputat seçilmək istəyir.

Məlumatlarda bildirilir ki, onlardan bəzilərinə artıq yox cavab verilib. Bu sırada xüsusilə Elmira Axundovanın adı çəkilir. İddia olunur ki, ona yeni parlamentdə təmsil olunmayacağı qəti şəkildə bildirilib.
шаблоны для dle 11.2














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.