Partiya rəhbərindən İsa Qəmbərə suallar..

6-06-2020, 13:09           
Partiya rəhbərindən İsa Qəmbərə suallar..
Sayın İsa bəy Qəmbər, sizi KGB-ilə əməkdaşlıqda ittiham edən dönəmin MTN 1 müavini Sülhəddin bəyin MTN şefi və Birləşmiş Müdafiə Nazirinin 1 müavini olmasını nədən istiyirdiniz?

Müdafiə Naziri olub bütün güc nazirlikləri özünüzə birləşdirməkdə hansı məqsədləriniz vardı?

Dünən Xural Tv-də Əvəz bəy Zeynallının aparıcılığında dönəmin Başbakanı Pənah bəy Hüseyinli və Prezident Köməkçisi Oktay Qasımov, MTN 1 müavini Sülhəddin bəy Əkbərin son Tv açıqlamasıyla bağlı bir çox məqamlara aydınlıq gətirdilər. Söhbət əsnasında Sülhəddin bəyin açıqlamasında daha bir çox çelişkili fikirlərin olduğu aydınlaşdı. Pənah bəy eyni zamanda KGB-ilə əməkdaşlıqda ittiham olunanlardan birinin özü, birinin də İsa bəy Qəmbər olduğunu bildirdi. Pənah bəy Sabirabbada işlədiyi dövrdə KGB əməkdaşlığı deyildə dönəmin şeritlerine uyğun olaraq hər kəslə ola biləcək bir söz söhbətin olmasını bildirib Sülhəddin bəyi təkzib etdi.
Aparıcı Əvəz bəy dəfələrlə sual verdi ki, bəs İsa bəy bu qədər sual altına alındığı halda nədən ittihamlara cavab vermir deyə soruşdu. Təbii ki, Oqtay bəy də , Pənah bəy də sualın İsa bəyə verilməsini doğru olmasını bildilər.
Belə olduğu halda mənim Sülhəddin bəyə ünvanladığım sual, eyni zamanda İsa bəyə ünvanlanmış olur.
Hörmətli İsa bəy, Müdafiə Naziri olub bütün güc nazirlikləri özünüzə birləşdirməkdə hansı məqsədləriniz vardı? Sizi KGB-ilə əməkdaşlıqda ittiham edən dönəmin MTN 1 müavini Sülhəddin bəyin MTN şefi və Birləşmiş Müdafiə Nazirinin 1 müavini olmasını nədən istəyirdiniz? Sonrakı dövrlərdə Sülhəddin bəyi, Müsavat Partiyasının Başqan müavini olmasını və oğluna kirvəliyi necə izah edə bilərsiniz?
Sayın İsa bəy Qəmbər, Xural TV-də qismən səslənən bu suallarıma cavab verməyinizin doğru olacağına inanıram.

Sayqılarla Cahandar BAYOĞLU

Turan Partiyası GK Başqanı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.