Senat Rusiyanı qıcıqlandıran addımını atdı: sanksiyaları layihəyə saldı

2-07-2020, 00:01           
Senat Rusiyanı qıcıqlandıran addımını atdı: sanksiyaları layihəyə saldı
Vomak iddia edib ki, "Şimal Axını 2" qaz kəməri Polşa və Ukraynanın Rusiya qazından asılılığını artıracaq.

ABŞ Senatı "Şimal Axını 2" qaz kəmərinə qarşı əlavə sanksiyaları müdafiə büdcəsi layihəsinə daxil edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə respublikaçı konqresmen Stiv Vomak "Twitter" səhifəsində yazıb.

"Mən onun (qaz kəmərinin – red.) tikintisini dayandırmağa yönəlmiş sanksiyaların həmmüəllifi olmaqdan qürur duyuram və bu prioritetin milli müdafiə büdcəsinin layihəsinə daxil edilməsinə görə Senatı alqışlayıram", - o yazıb.

Putin wants to use the Nord Stream 2 Pipeline as a tool of coercion. He wants to undermine our allies in Ukraine and Poland & increase reliance on Russian gas. I'm proud to cosponsor sanctions to stop its construction & applaud the Senate for including this priority in the NDAA.

— Rep. Steve Womack (@rep_stevewomack) June 30, 2020

Vomakın sözlərinə görə, Rusiya hakimiyyəti "Şimal Axını 2" kəmərindən məcburetmə vasitəsi kimi istifadə etmək istəyir və onun məqsədi Polşa və Ukraynanın Rusiya qazından asılılığını artırmaqdır.

Respublikaçıların nəzarəti altında olan Senat və Demokratların nəzarəti altında olan Nümayəndələr Palatası müdafiə büdcəsinin öz variantlarını təqdim edir. Sonra hər iki palata yekun varianta səs verir və sənəd prezidentə imzası üçün göndərilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.