YAP birinci müavini Əli bəy Əhmədovun diqqətinə.

6-07-2020, 00:55           
YAP birinci müavini Əli bəy Əhmədovun diqqətinə.
Cənab Əli bəy, Elçibəyə xəyanətkar deyən, Təmsil etdiyiniz Yeni Azərbaycan Partiyasının Gənçlər Birliyinin sizin kursunuzda fəaliyyət göstərməsi bir gerçəkdi. Elçibəyin satqınlığı haqda deyilənlər yəqin ki, Azərbaycanın milli maraqlarına, dövlət Başçısının siyasi kursuna uyğun olmadığını hər kəsdən yaxşı siz bilirsiniz. Eyni zamanda onu da
bilirsinizki, bu davranışlar Azərbaycanı qarşıdurmalara sürükləyənlərin işinə yarayır. Bu gün düşmən qüvvələr bir cəbhədən Elçibəyi, digər cəbhədən Heydər Əliyevi təhqir etdirməklə cəmiyyəti dərin qarşıdurmaya sürükləmək istəyir. Belə bir durumda sizin rəhbərliyinizdə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Gənçlər Birliyinin bu açıqlamasına münasibətinizi bilmək istəyərdik. Bu yanlış açıqlama iqtidarlı müxalifətli eyni mərkəzli 5 kolonun maraqlarına uyğun gəlməsi, bizdə belə əminlik yaradır ki, bunun arxasında onlar dayanır
Yeni Azərbaycan Partiyasında kök salan dövlətə və dövlət başçsına xəyanət güclərin sıralarınızdan təmizlənəcəyinə, dövlətin Ali maraqlarına xidmət ediləcəyinə əminliyimizi bildiririk.

Sayqılarla!
Cahandar Bayoğlu
Turan Partiyası GK Başqanı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru