Yeni bir erməni-rus diplomatik qalmaqalı

6-07-2020, 12:37           
Yeni bir erməni-rus diplomatik qalmaqalı
Artıq yeni bir erməni-rus diplomatik qalmaqalı yetişib. Rusiyada qadağan olunmuş “Azadlıq” radiosunun erməni müxbiri Aza Babayan, ərinin Rusiyadakı Ermənistan səfirliyinin əməkdaşı olmasından faydalanaraq, Rusiyadakı Ermənistan səfirliyindən diplomatik vəsiqəyə sahib olduğu ortaya çıxıb. “Hraparak” nəşri yazır ki, “Azadlıq” müxbiri maneəsiz müxtəlif tədbirlərdə iştirak edib, jurnalist kimi girişinin qadağan edilə biləcəyi müxtəlif qurumlara daxil ola bilib.

“Rusiya Xarici İşlər Nazirliyindəki mənbənin dediyinə görə, hazırda “Azadlıq” radiostansiyasının müxbiri ilə bağlı prosesə başlanılıb, hətta o, Rusiyadan deportasiya edilə bilər. Rusiya tərəfi “anti-Rusiya mövqeyi” ilə tanınan “Azadlıq” müxbirinə yüksək dövlət səviyyəsində sponsorluq edilməsi ilə əlaqədar olaraq Ermənistandan cavab tələb edib.

Məsələ burasındadır ki, Rusiya hətta öz vətəndaşlarına “Azadlıq”, “Amerikanın səsi” və bir sıra digər media orqanlarına müxbirlik etmələrini qadağan edir.

İndi məlum olur ki, Rusiya hakimiyyəti tərəfindən qoyulan qadağanı pozaraq, “Azadlıq” radiosunun müxbiri Rusiyada Ermənistan siyasi hakimiyyətinin himayəsi altında hərəkət edib.

Bu prosesin gedişatını yaxın vaxtlarda təqdim edəcəyik. “Azadlıq” radiosunun erməni xidmətinin rəhbəri Hrayr Tamrazyanla da əlaqə saxlanılıb və Moskvada “Azadlıq” radiosunun müxbiri Aza Babayan ilə hər hansı bir probleminin olub-olmadığına dair sual olunub. “Niyə problem yaranmalıdır?”, deyə Tamrazyan cavab verib. Müxbirin ərinin Rusiyadakı Ermənistan səfirliyində çalışması doğrudurmu, deyə “Azadlıq” rəhbərindən sual olunub, “Mənim əməkdaşımın həyat yoldaşının, arvadının və ya digər qohumlarının harada işlədiyi istənilən halda məni maraqlandırmır. Hər halda, bunun jurnalistin peşəkarlığına heç bir təsiri ola bilməz”, - deyə Tamrazyan cavab verib.

Doğrudanmı, əri sayəsində müxtəlif təşkilatlara girərək, Ermənistandakı “Azadlıq” radiostansiyasına məlumat verdiyi və “Azadlıq” radiosunun Rusiyada qadağan olunduğuna görə, Rusiya hakimiyyəti onun əleyhinə bir prosesə başlayıb, Hətta Rusiyadan deportasiya edilə bilər, sualına gəlincə, Hrayr Tamrazyan cavab verərək, qeyd edib ki, onda belə bir məlumat yoxdur”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.