COVID-19-un iki qitədə fərqi: NİYƏ AVROPA BÖHRANDAN DAHA TEZ ÇIXIR?

7-07-2020, 18:49           
COVID-19-un iki qitədə fərqi:

Daniel Qros
“Project Syndicate”, 07.06.2020

Bir neçə ay əvvəl səbəb olduğu iqtisadi və maliyyə böhranı ilə birlikdə ortaya çıxan COVID-19 pandemiyası Avropa İttifaqını (Aİ) sarsıda bilərdi. Üzv dövlətlər öz milli sərhədlərini bağlayıb və bütün koordinasiyaları rədd edir, bəziləri hətta təcili olaraq ehtiyac duyulan tibbi avadanlıqların Aİ-dən olan tərəfdaşlarına ixracını dayandırıb. Ancaq bu gün Aİ-nin daxili sərhədləri yenidən açılır, tibbi avadanlıqlar sərbəst hərəkət edir və üzv ölkələr pandemiyanın doğurduğu iqtisadi böhranla mübarizə üçün misilsiz tədbirlər haqqında razılığa gəliblər. Bu vacib dönüşün səbəbi nədir?

Aİ tez-tez heç bir şey barədə razılığa gələ bilməyən kiçik və orta ölçülü ölkələrin çeşidli birliyi kimi təsvir olunur. Lakin COVID-19 böhranı zamanı əsas iqtisadi və epidemioloji göstəricilərin təkamülü olduqca oxşardır, əsas siyasət seçimlərinə gəlincə, onlar bir-birindən çox da fərqlənmir.
Epidemioloji məlumatlarla başlayaq. Düzdür, COVID-19 infeksiyası və ölüm nisbəti Aİ ölkələrində çox dəyişir, Almaniya və ən çox şimal və şərq dövlətləri İtaliya, İspaniya və Fransadan daha yaxşı vəziyyətdir (Birləşmiş Krallıqdan danışmayaq). Onların məcburi sosial təcrid qaydalarını tətbiq etməklə, infeksiyanı yerli səviyyədə nəzarət altına almaq üçün kifayət qədər sabitləşdiriblər.

Yalnız bir istisna var: siyasətçilər könüllü olaraq lazımi tədbirləri xalqa etibar etməyi qərara aldığı İsveç. İndiyə qədər bu yanaşma təsirsiz olub. İsveç nəinki şimal qonşularından daha yüksək ölüm dərəcəsinə sahibdir; onun iqtisadiyyatı da nəzərəçarpacaq dərəcədə yaxşı durumda deyil.
Aİ əhalisinin 3%-dən azını təşkil edən bu istisna halında belə, Avropa üzrə nəticələr ABŞ-a nisbətən daha təskinlikvericidir. Nyu-York və Nyu-Cersi kimi bəzi Şərq Sahili əyalətləri “Avropa nümunəsi”nə əməl edib: infeksiya və ölüm hallarının kəskin artması, infeksiya nisbətlərini sabitləşdirən güclü sosial təcrid və s. Lakin Arizona, Kaliforniya, Florida və Texas kimi digər ştatlar, infeksiya səviyyəsinin rekord həddə çatmasına baxmayaraq, sərt sosial qaydalara riayət etməkdən çəkinir.
Bu, fərqlər qurumlar yox, prioritetlərdən yaranıb. Axı, ABŞ-ın güclü federal təsisatı var – Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlər (XNQAM).

Bəli, prezident Donald Tramp XNQAM-ın tövsiyələrinə əməl etməkdən çəkinib; əslində, o və administrasiyasının digər üzvləri, o cümlədən vitse-prezident Mayk Pens maska taxmaqdan imtina ediblər. Lakin Avropa ölkələrində eyni qaydaya əməl etməyə çağıran heç bir federal səlahiyyətli orqan yox idi. Bunun əvəzinə milli liderlərin əksəriyyəti instinktiv olaraq son elmi tövsiyələri rəhbər tutub. Bu yanaşma oxşar perspektivləri əks etdirir. ABŞ-ın əyalət qubernatorları, siyasi üstünlükləri və perspektivləri kəskin şəkildə fərqləndirməyib – elmə və təcrübəyə etimad göstərməyiblər.
Makroiqtisadi məlumatlar buna bənzərdir. Pandemiyadan əvvəl ABŞ-da işsizlik aşağı idi, həm də daha bərabər şəkildə paylanırdı. Artıq yox. May ayında işsizliyin səviyyəsi 13%-dən yuxarı qalxıb, Aİ-də – 6.7%; demək olar ki, 2 dəfə artıb.

Daha təəccüblü olan hazırda ABŞ-da qeyri-bərabər işsizliyin necə yayıldığıdır – daha çox Aİ-də olduğu kimi. Məsələn, Nevadanın işsizlik nisbəti hazırda ABŞ-da ən yüksək səviyyədədir – 25%, Nebraskada isə cəmi 5%-dir. Bu, Yunanıstanla Almaniya arasındakı fərqlə eynidir.
Bununla belə, işsizlik səviyyəsi, Aİ-də olduğu kimi, hamar deyil, bütün ölkələr perspektiv baxımından yenidən artımın qarşısını almağa müvəffəq olublar. Aİ-yə üzv olan bütün ölkələr azaldılmış iş vaxtı subsidiyalarını tətbiq etməyi və ya uzatmağı seçiblər: hökumət, istehsal azaldılsa da, işçilərin əmək haqqlarında qalması üçün firmalara pul ödəyir.

Məqsəd – orta və böyük sənaye müəssisələrinə müvəqqəti zərbə zamanı ixtisaslaşmış kadrların, ya da “möhkəm spesifik insan kapitalının” saxlanmasına imkan vermək idi. Beləliklə, məhdudiyyətlər qaldırıldıqdan və bərpa başladıqdan sonra firmalar istehsalı daha tez davam etdirə biliblər.

Bu cür sxemlərin əhəmiyyətli bir çatışmazlığı var: uzunmüddətli gələcəyi olmayan işlərə subsidiya verə bilərlər. Lakin məsələ onun ən yaxşı siyasi seçim olub-olmadığı deyil. Əhəmiyyətli olan odur ki, Aİ-yə üzv olan hər bir dövlət eyni şeyi edib. (Əmək bazarı qaydaları qorunub.)
Aİ səviyyəsində fəaliyyət davam edir. Bu yaxınlarda 500 milyard avro (567 milyard dollar) bərpa fondunun yaradılması ilə bağlı Fransa-Almaniya müqaviləsi oyun qaydalarını dəyişdirir, çünki bu, Aİ-yə ilk dəfə borcu üzərinə götürməyə və ən çox ehtiyacı olanlara köçürməyə imkan verəcək.
Həm də bu razılaşma irəliyə doğru böyük bir addım olardı. Ancaq bunu yalnız çıxılmaz vəziyyətə reaksiya kimi deyil, geniş paylaşılan dəyər və fikirlərin əks olunması kimi başa düşülməlidir. Bütün faciələrə baxmayaraq, COVID-19 böhranı Aİ ilə əlaqəli bir həqiqəti üzə çıxarıb: onun bağları imzalanmış müqavilələr və üzvlərin mənafelərindən də yüksəkdir.
Tərcümə: Strateq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.