"Ermənistan hər nə qədər itkilərini gizlətsə də, ciddi itki verdikləri hamıya bəllidir" - deputat

14-07-2020, 09:17           
"Ermənistan hər nə qədər itkilərini gizlətsə də, ciddi itki verdikləri hamıya bəllidir" - deputat
Dünyanın əksər ölkələri pandemiya ilə mübarizədə birləşdiyi bir zamanda rəsmi İrəvan sanki COVİD-19-la ortaq hərəkət edir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurası haqda danışarkən deyib. O bildirib ki, iyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatı hərbi cinayətdir:

“Bu hadisə ilə bağlı Ali Baş Komandan cənab İlham Əliyev Təhlükəsizlik Şurasının toplatısını keçirdi. Bu toplantıda bir sıra vacib məqamlara toxunuldu. Prezidentin çıxışında ən vacib məqamlardan biri o idi ki, hərbi təxribata görə bütün məsuliyyət məhz düşmənin üzərinə düşür. Daha dəqiq desək, bu təxribatın törədilməsində birbaşa əmri Ermənistan Baş naziri Nikol Paşinyan verib”.

Deputat vurğulayıb ki, düşmən tərəfin itkiləri çoxdur:

“Ölkə başçısı çıxışı zamanı mövcud vəziyyətdən də bəhs etdi. Xüsusilə təxribat zamanı yaralanan və şəhid olan əsgər, hərbçilərimiz haqda danışdı. Qeyd etdi ki, düşmənə layiqli cavab verilib, şəhidlərimizin intiqamı alınıb. Ermənistan hər nə qədər itkilərini gizlətsə də, ciddi itki verdikləri hamıya bəllidir.

Ermənistanın bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və düşmənin hərbi hissələrinə də zərbə endirdi”.

E.Nəsirovun sözlərinə görə, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb:

“Ermənistan isə işğalçı və təcavüzkar siyasətinin bəhrəsi olaraq bu gün regionun aparıcı layihələrindən kənarda qalır, dünya miqyasında isə dəyər görmür. Bu mənada ölkə başçısı Ermənistanın hazırkı vəziyyətini bir cümlə ilə tam şəkildə ifadə etdi: Ermənistan bütün dayaqlarını itirməkdədir”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.