7 rayonu belə qaytaraq? - Heydər Əliyevin tarixi cavabı

2-08-2020, 13:07           
7 rayonu belə qaytaraq? -
Rəsul Quliyev 30 ildir oturub Amerikada, Amerika xüsusi kəşfiyyatına işləyir, ona görə, oradakı erməni lobbisinin dili ilə danışır. Deyir, Qarabağın bir hissəsini ermənilərə verib, münaqişəni həll etmək olar. Necə yəni? Torpağı vermək olar?

Axar.az xəbər verir ki, bu sözləri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mediaya geniş müsahibəsində deyib.

“Yaxşı xatirimdədir, Ümummilli lider Heydər Əliyev Dağlıq Qarabağla əlaqədar bir toplantı keçirirdi. Keçmiş strukturların, hüquq-mühafizə orqanlarının rəhbərləri, siyasətçilər hamısı iştirak edirdilər. Orada məsələ qalxdı ki, Dağlıq Qarabağ Ermənistana verilsin, ətraf əraziləri geri alaq. Cənab Prezident İlham Əliyev də həmin toplantıda iştirak edirdi. Heydər Əliyev, İlham Əliyev və Murtuz Ələsgərov bu fikirləri səsləndirənlərin başına bir oyun açdılar, gəl görəsən. Dedilər ki, Azərbaycanın 1 metr torpağını belə ermənilərə vermək mümkün deyil. Ümummilli lider dedi, “Bu torpaq sənindir ki, verirsən?!”

Görün vəziyyət necə idi? Ona görə Rəsul Quliyevin dedikləri sayıqlamadan başqa bir şey deyil”, - S.Novruzov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru