YENİ MİNİLLİYİN UYĞARLIĞI TURANLA BAŞLAYIR - Rusyanı quranlarda, dağıdanlarda Satanoviçlərdi.

4-08-2020, 00:00           
YENİ MİNİLLİYİN UYĞARLIĞI TURANLA BAŞLAYIR - Rusyanı quranlarda, dağıdanlarda Satanoviçlərdi.
“İblis”, ya da “Şeytan” olmanın düsturu

“Satan” və ya “Satana” sözü yəhudilərin müqəddəs Tövrat kitabında “Səmaların mənfi ruhu” deməkdir. Xristianların müqəddəs dini kitabı “İncil”də isə: “Ayıq olun, sizin düşməniniz mənfi ruhların daşıyıcısı kimi şeytan hər şeyə hökm etmək istəyir. O, bütün dünyanı nəzarətə almaqla ideya və planlarını həyata keçirməyə çalışır.” (1. Pyotr, 5:8, Efes 6. 10-17) və müsəlmanların dini əsəri olan “Quran”da isə belə qeyd olunur: “ O, özünə uyanları cəhənnəm əhli olmağa çağırır”. Doğrudan da bu üç səmavi dində “iblis” və ya “şeytan” kimi anılan obraz minillərdir mənfiliyi ilə ən üst səviyyədə dəyərləndirilir. Moskvada Yevgeni Satanovski adlı bir alim peyda olub. Özünü şərqşünas və iqtisadçı, professor, Dövlət Dumasında dini təşkilatlar və vicdan azadlığı komitəsinin baş eksperti, TV kanallarda tanınan Yevgeni Satanovskinin hansı sahənin mütəxəssisi olması sual altındadır. “Armageddon” ayamasını daşıyan Yevgeni Satanoviç 1982-ci ildən, yəni 23 yaşından SSRİ DTK-nın əməkdaşı olub. Bunu biz deyil, vikipediyadakı bioqrafik məlumatlar təsdiq edir (mənbə: https://ru.wikipedia.org/wiki/Сатановский,_Евгений_Янович).

Ermənistanın “Azərbaycan xəbərləri”nin çamuru

12 iyul 2020-ci il tarixində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə layiqli cavab verildikdən sonra, ölkə daxilində və beynəlxalq miqyasda Azərbaycan diaspor təşkilatlarının vahid milli iradə sərgiləməsi siyasi müstəvidə şok terapiya ilə müşahidə olundu. Dünyanın 80-dən çox ölkəsində “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulsun” şüarlarının səsləndirilməsi beynəlxalq təşkilatlar tərəfindən böyük rəğbətlə qarşılandı. Ermənilər provakativ tədbirlərə əl atsalar da, sonucda hər şey bumeranq kimi öz başlarında çatladı. Ermənistanın təcavüzkarlığının arxasında Rusiyanın durmasını çoxları bilsələr də, indiyədək əsas günahkarın adını çəkməkdə nədənsə çəkingənlik nümayiş etdirilir. İlk dəfə olaraq Azərbaycan siyasi gündəmində “TURAN PARTİYASI”nın adından partiyanın başqanı Cahandar Bayoğlu işğalçılıq siyasətinin dəqiq ünvanını göstərərək, bu dövlətin nəinki ölkəmizə, həm də 500 ildən çoxdur əsarətdə saxladığı və imperiya siyasətinin rəzalətini çılpaqlığı ilə göstərən bəyanat yaydı. Bəyanatda Rusiyanın tərkibindəki milli respublikalar və qeyri-rus xalqlarına müraciət səsləndirilmişdi. Bu bəyanatda qeyri-rus xalqlarının uzun illərdir apardıqları mücadiləyə həmrəylik ifadə olunmuşdu. Bu addımlar Rusiyanın daxildən vahimələnməsinə səbəb oldu. Ona görə də, KİV-ləri səfərbər edərək, Azərbaycana qarşı təbliğat maşınını işə saldı. Belə bir məqamdan öz mənfəətləri üçün istifadə etməyi hədəf seçən və erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən bəzi TV-lər də xüsusi canfəşanlıq etməyə başladılar. Özəlliklə ifrat rusçuluq siyasətini qabartmaqla Rusiyanın yalnış siyasətinə hüquqi müstəvidə don geyindirilməsi faktına üstünlük verildi. Yevgeni Satanovskinin “TURAN PARTİYASI”nın başqanı Cahandar Bayoğlunu hədəfə alması və Turan ideyasına qarşı ermənilərin xüsusi maraqları çərçivəsində təbliğatlar aparması ilginc idi. Çünki, Rusiya son beynəlxalq təbliğatda Ermənistanla birgə Azərbaycana uduzduqlarını sindirə bilmirdi.
Dahi rus yazıçısı Fyodor Dostoyevski hələ 19-cu əsrdə belə bir fikri irəli sürmüşdür: “Rusiya Qərbdə jandarm, Şərqdə cəlladdır”. Bu tezisin genetik baxımdan kökləri 1550-ci illərə qədər uzanır. Ural, Volqaboyu, Altay, Sibir, Quzey Qafqaz, Krım və digər nəhəng coğrafi əraziləri Qərbin dəstəyi ilə işğal etmək, milyonlarla insanları soyqırıma məruz qoymaq Çarlıq Rusiyasının acımasız xəstəliyi idi. Keçmiş Sovetlər Birliyinin yaranması və ayaq üstə durmaq üçün milyonlarla insanların soyqırımına nədən oldu. Aleksandr Radişev, Fyodor Tütçev, Anton Çexov, Lev Tolstoy, Nikolay Çernyayev, Nikolay Berdyaev, Vissarion Belinski, Nikolay Yazıkov, Pyotr Çaadaev, Andrey Day, İvan Kuklin, Maksim Qorki, Konstantin Tixonov və digər vicdanlı rus ziyalıları çarizmin və stalinizmin velikorus şovinizm siyasətinə qarşı zamanla etiraz səslərini ucaltmışlar. Bu ləyaqətli rus aydınları onu da çox yaxşı başa düşürdülər ki, velikorus şovinizmindən ən çox yararlananlar “satanizm”i özlərinin həyat normasına çevirənlərdir. Onlar bu gün də əski ənənələrini nümayiş etdirirlər. İndi də “putinizm” pərdəsinə bürünərək, neoimperiya siyasətinin davamçıları statusu ilə xalqları, hətta dövlətləri bir-birinə qarşı qoyurlar.
Parazitcəsinə həyat tərzini hədəf seçən, xristianlıq cildinə bütünmüş erməniər Çarlıq Rusiyası, Sovet Rusiyası və Federal Rusiyanın sayəsində dünyanın əlvida dediyi kolonial siyasəti təhrikedici vasitələrlə ön görürlər. Bu siyasətin yanında yer alan və ermənilərə məxsus mərkəzlərdən bəslənənlərin Azərbaycan dövləti və Azərbaycan Türkləri əleyhində təbliğatlara başlayıblar. Hər ifadəsində ironik deyimlərlə Rusiya dövlətinin mənfəətini qoruduqlarını nümayiş etdirməyə çalışırlar. Keçmişdə olduğu kimi dotasiya ilə yaşamaqla varlığını qorumağa çalışan Ermənistan və Rusiyadakı erməni diasporunun tək hədəfi mümkün qədər Kremlin neokolonial düzənlə idarə olunmasıdır. Azərbaycanın “Qarabağ”, Gürcüstanın “Abxaziya” və “Güney Osetiya”, Moldovanın “Dnestryanı”, Ukraynanın “Luqansk”, “Donetsk”, “Krım” və “Donbas” bölgələrinin işğalında ermənilər yaxından iştirak ediblər. Çarlıq Rusiyası və Sovet Rusiyası dönəmində olduğu kimi, yüzminlərlə insanlar qətlə yetirilmiş, işğal olunan ərazilər talançlığa məruz qalmışdır. Buna utanmadan hüquqi don geyindirilməsi üçün Yevgeni Satanovski kimi diletantlar hər gün TV kanallarda hədyanlar söyləyirlər.

TURAN ideyasından qorxan ermənilər

“Putinizm Rusiyası” indi daha qəddar siyasət yürütməkdədir. Belə ki, 1991-1994-cü illərdə referandumla qəbul olunan Rusiya Federasiyası Konstitusiyasına tüpürərək, federal subyektin üzvü olan milli respublikalar və quberniyaların hüquqları zorakılıqla əllərindən alınmışdır. Saxa, Tuva, Xakasiya, Dağlıq Altay, Tatarstan, Marı El, Başkortsan, Çuvaşstan, Kareliya, Buryatstan, Çeçenistan, İnquşetiya, Kabarda-Balkar, Dağıstan, Komi, Qaraçay-Çərkəz, Kalmıkstan, Mordva, Quzey Osetiya və Adıgeyin federal, siyasi, milli və iqtisadi hüquqları əllərindən alınıbdır. “Putinizm” bu siyasətin başında yer alsa da, bu anti bəşəri oyunun icraçıları qismində ermənilər daha çox fəallıq göstərirlər.
Dünyanın siyasi-coğrafi mənzərəsində İngiltərə, ABŞ, Kanada, Avstraliya, Yeni Zenlandiya Cənubi Afrika dövlətləri yanaşı, 58 ingilisdilli dövlət vardır. Bu ölkələr arasında orta əsrlərdə olduğu kimi, indi kolonial siyasət yoxdur. Ona görə ki, artıq uzlaşma düzəni ilə ortaq siyasətin içində yer alırlar.
Başda Fransa olmaqla dünyada 36 fransızdilli ölkə var. Vaxtilə Fransa dəhşətsaçan kolonial siyasət yürütsə də, Tunis, Əlcəzair və digər ölkələrdən dövlət səviyyəsində üzr diləyib. Hətta bunun qarşılığını ödəmək siyasətini yürüdür.
Slav kökənli Rusiya, Ukrayna, Belorus, Çex, Polşa, Sloveniya, Bolqarstan, Serbiya, Xorvatiya, Borsniya-Hersoqovina, Makedoniya, Çernoqoriya və Slovakiya dövlətləri mövcuddur. Faktiki olaraq, Rusiya dışında bütün slav dövlətləri arasında çox səmimi münasibətlər vardır. Rusiya slav ölkələrinin varlığını heçə sayaraq öz hegemonluq siyasətini ən üstün səviyyəyə qaldırmaq istəyir. Hər dəfə də elə həmin slav dövlətləri “böyük qardaş” ideyasına qarşı çıxırlar. Çünki, Rusiyanın yaradıcılıq deyil, dağıdıcılıq düsturu ilə hərəkət edir.
Türk dövlətlərin bir araya gəlməsi, “Türk Dövlətləri Təhlükəsizlik Şurası”, “Türk Dövlətləri İqtisadi Şurası”, “Türk Dövlətləri Parlament Assambleyası” və digər müvafiq strukturların yaradılması və ortaq dəyərlərlə bir arada olması dünyanın diqqət mərkəzindədir. Təbii olaraq, 1556-cı ildən bu günə kimi işğal altında olan və kolonial siyasətin ağır basqıları ilə üz-üzə qalan digər Türk kökənli toplumlarımızın da qayğısına qalmaq hər Türk dövlətinin mənəvi borcudur. Rusiya Federal dövlət olaraq, digər xalqların varlığının, coğrafiyasının, dil və mədəniyyətinin qorunmasında nəinki maraqlı deyil. Bu xalqların zor gücünə assimliasiyaya uğradılması siyasətini yürüdür. Altay, uyğur, toca, xakas, şor, dolqan, tofalar, tuva, tuba, saxa, çuvaş, tatar, başkort, kumuk, karaim, qaraçay, balkar, noqay, telengit, xobı, çelkan, kuman, sart, tamqa, teleut, lakay, çulım və yürkü türklərinin faktiki olaraq heç bir hüquqları yoxdur. Bütün bunlar azmış kimi, Rusiya Türk toplumlarının sayını hər dəfə olduğu kimi, az göstərməyə çalışır. Son 30 ildə Türk Dünyasında milli intibah düzəninin inkişafı Rusiyadan daha çox erməniləri rahatsız edir. Onlar çox yaxşı bilirlər ki, Qafqaz, Orta Asiya, Balkanlar, Volqaboyu, Uralboyu, Sibir və Altaylarda bütün Türk toplumlarının bir araya gəlməsi, başqa dövlətlərin sayəsində parazitcəsinə yaşam düzəni qurmuş ermənilərin tamamilə iflasa uğraması deməkdir. Ona görə də Yevgeni Satanoviç kimilərini irəli verərək öz ənənəvi siyasətlərinin davam etməsinə çalışırlar.

Yevgeni Satanoviçin menyüsünə

Bu savadsız insana bir həqiqəti anlatmaq istəyirik ki, slav kökənli toplumlardan fərqli olaraq, ayrı-ayrı dinlərə bağlı Türk toplumları arasında heç bir qarşıdurma yoxdur. Biz Türklər iudaizm, xtistianlıq, buddizm, islam və digər dinlərə inanclı olsaq da, tarixi baxımdan genetik mədəni sistemimizi vahid orqanizm kimi qoruya bilirik. Elə buna görə də biz Türklər arasında konfliktlər yaşanılmır. Satanoviç özünün bəsit düşüncə tərzi ilə obıvatel səviyyəsində politoloji baxımdan izahlar verməyə nə qədər çalışsa da, məntiqi ortaya qoya bilmir. Onun ermənilərə olan sevgisinin mənası isə, sadəcə ermənilər tərəfindən ayrılmış qrant layilələri sayəsində özünün marjinal maraqlarının təmin edilməsi ilə müşahidə olunur. Ahısqa Türklərinə qarşı törədilmiş “Fərqanə soyqırımı” (1984), “Tiflis faciəsi” (1985), “Vilnüs faciəsi” (1986), “Riqa faciəsi” (1987), “Tallin faciəsi” (1987) antibəşəri dəhşətlərin arxasından erməni terrorizminin üzə çıxması bir daha sübut edir ki, onlar panslavyanizm ideyaları ilə Rusiyanı ideoloji baxımdan girova çeviriblər. Məhz Yevgeni Satanoviç kimilərinin sayəsində ermənilər Rusiyada güclü mövqelərə malikdirlər. Ancaq, o da bəllidir ki, ermənilər ruslarla eyni ortaq kilsəni bölüşsələr də, hər zaman ortodoks kilsəsinin bütövlüyünə qarşı çıxıblar. Rusiyanın neokolonial maraqları çərçivəsində göz yumması böyük faciələrə səbəb olacaq. Rusiya stalnizmə qarşı mübarizə apardığı üçün, bu gün əsarətdən yaxasını qurtaraq bilib. Ancaq, bir həqiqəti unudur ki, digər siyasi ortaqları hələ də Rusiyanı bataqlığa sürükləməkdə davam edir.
Bizlər TURAN dedikdə, yüzillərdir bəşəri inkişafa mane olan neokolonial siyasətə nöqtə qoymağa çalışırıq. Əsarətdə yaşamaq zorunda qalan bütün Türklərin mənəvi, mədəni, ictimai və sosial özgürllükləri üçün çalışırıq.
Böyük Çingiz Xan yasalarında insanlıq və bəşəri humanizm naminə belə deyib: “O, ideya ki, özgürlüyə, bozkır kültürünə, insanı insan kimi dəyərləndirməyi bacarmırsa, deməli orada quldarlıq xisləti hökm sürür. Biz Türklər zatən bunun üçün savaşırıq”.

ÖTÜKEN Araşdırmalar Mərkəzi
#turan #azerbaycan #türkiyeшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.