Çinin İranla yaxınlaşması ABŞ-da qəzəb doğurub: "Yaxın Şərqdə sabitlik pozulacaq"

6-08-2020, 08:04           
Çinin İranla yaxınlaşması ABŞ-da qəzəb doğurub:
ABŞ dövlət katibi Mayk Pompeo Çinin ABŞ-ın rəqibi İranla əlaqərinin dərinləşməsinin Yaxın Şərqdə sabitliyi pozacağı barədə xəbərdarlıq verib.

Teref.az “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, Pompeo Pekinin tərəfdaşı Tehranla razılaşma əldə etməklə ABŞ-Çin əlaqələrinə təsirlərindən danışıb.

“Çinin İrana bu qədər yaxınlaşması Yaxın Şərqdə sabitliyi pozacaq. Bu, İsraili də riskə atacaq. Bu, Səudiyyə Ərəbistanı Krallığını və Əmirlikləri də risk qarşısında qoyacaq” – deyə, Pompeo bazar günü “Fox News”-a verdiyi müsahibəsində bildirib.

O, ABŞ-ın üç müttəfiqini və regiondakı digər ölkələri Vaşinqtonun əsas beynəlxalq rəqiblərindən biri olan Pekindən ehtiyatlı olmağa çağırıb.

Pompeo “İran dünyanın terrorizmin ən böyük sponsoru olan dövlət olaraq qalır və Çin Kommunist Partiyası ilə edilən ticarət, göndərilən silah və bu ölkəyə daxil olan pullar bu region üçün yalnız təhlükə yaradır” deyib.

O deyib ki, on illərdir Yaxın Şərqdə və onun hüdudlarından kənarda terror hücumları həyata keçirən silahlı islamçı qruplaşmalarına yardım edən Tehran özünü sponsor deyil, terror qurbanı kimi xarakterizə edir.

ABŞ-ın yüksək səviyyəli diplomatı bunları keçən ay dərc olunan Qərb mediasına istinadən deyib. Belə ki, mediada Çinlə İranın “hərtərəfli strateji tərəfdaşlıq” kimi tanınan 25 illik ticarət və hərbi sazişinin sona çatmasına az qaldığı barədə məqalələr dərc olunub.

Çin və İran liderləri 2016-cı ildə tərəfdaşlığın ən yüksək səviyyəyə qaldırılması barədə razılıq əldə edib.

Son həftələr İran rəsmiləri Çinlə razılaşmanın uzadılması ilə bağlı danışıqların davam edəcəyini desə də, müzakirələrin nə vaxt bağlanacağı barədə heç bir məlumat verməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.