Tramp ən böyük investoru ilə mübahisə edib

9-08-2020, 10:15           
Tramp ən böyük investoru ilə mübahisə edib
ABŞ prezidenti Donald Tramp ilə Respublikaçılar Partiyasının ən böyük investoru Şeldon Adelson arasında mübahisə düşüb.

“Report”un məlumatına görə, bu barədə “Politico” xəbər verir.

Nəşrin mənbəyinə görə, Adelson prezidentə zəng edərək administrasiyanın pandemiya dövründə iqtisadiyyatı stimullaşdırmaq tədbirlərini müzakirə etmək istəyib, amma Amerika lideri Adelsondan onun seçki kampaniyası üçün niyə daha çox iş görmədiyini soruşaraq mövzunu dəyişdirib.

Nəticədə tərəflər arasında mübahisə yaranıb.

Bu məsələ respublikaçıların narahatlığına səbəb olub, çünki Tramp əsas sponsorlarından birini özünə qarşı çevirə bilər.

Ancaq Adelsonun bu barədə fikirləri naməlum olaraq qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru