Ermənistan təyyarələri Rusiyadan bir ucdan silah daşıyır - MOSKVANIN MƏQSƏDİ NƏDİR...

26-10-2020, 16:17           
Ermənistan təyyarələri Rusiyadan bir ucdan silah daşıyır - MOSKVANIN MƏQSƏDİ NƏDİR...
Son bir neçə gün ərzində Ermənistana aid nəqliyyat-yük təyyarələri bir-birinin ardınca Rusiya aeroportlarına enir. Virtualaz.org xəbər verir ki, bu haqda “Ovçunun qeydləri” (“Zapiski oxotnika”) adlı teleqram kanalının aparıcısı təyyarələrin uçuşunu radar məlumatlarına əsasən online rejimdə izləməyə imkan verən “Flightradar” xidmətinin məlumatlarına əsasən bildirir.

“Hazırda mənim təsdiqləmmiş informasiyama görə Ermənistan Hərbi Hava Qüvvələrinin EK-76345 nömrəli (əvvəlki bort nömrəsi 76310 olub, bu yaxınlarda qeydiyyatını dəyişib) təyyarəsi, hansı ki, onun haqqında mən əvvəl yazmışdım, Rostovdakı Platov aerportunda yüklənir. “Atlantic European Airlines” şirkətinə məxsus olan və Ermənistanın maraqları üçün istifadə edilən EK-76074 (əvvəlki bort nömrəsi 76004 olub) bort nömrəli İl-76 təyyarəsi isə oktyabrın 23-də Mineralnıy Vodı aerportunda yüklənirdi. Yüklərin xarakterinin nədən ibarət ola biləcəyini təxmin etmək lazımdır”,-məlumatda deyilir.

Bu məlumatları şərh edən Ukrayna hərbi ekspertləri qeyd edirlər ki, Moskva Azərbaycanın hücumunu dayandırmaq üçün Ermənistana silah sistemləri göndərir. “Ermənistanın hazırda hava hücumundan müdafiə sistemlərinə çox ehtiyacı var və onunla Qarabağda erməni ordusunun zirehli texnikasını, canlı qüvvəsini məhv edən Azərbaycan aviasiyasını dayandırmaq istəyir”,-dialog.ua portalı qeyd edir.

Xatırladaq ki, azərbaycan prezidenti İlham Əliyev bu gün oktyabrın 26-da xalqa müraciətində Ermənistana bir aydır durmadan silahlar, o cümlədən ən yeni silahlar daşındığını bildirib. Prezident deyib ki, həmin silah trafiki barədə bütün məlumatlar onda var-təyyarələr haradan qalxır, hara enir, hansı silahlar daşınır və digər bütün detallar Azərbaycan tərəfinə məlumdur. Və bütün bunların məqsədi Ermənistanı xilas etməkdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.