Cenevrə görüşü: “Azərbaycan indi daha dirənişlidir” - AÇIQLAMA

31-10-2020, 12:26           
Cenevrə görüşü:
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk qrupu həmsədrləri ilə Cenevrədə uzun sürən gərgin görüşü müzakirə olunur.

Cebhe.info xəbər verir ki, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli görüşün əsas nəticələrindən danşıb.

O bildirib ki, heç bir sənəd imzalanmadı, nəticə olmadı! İndiki şəraitdə problemin siyasi həlli yoxdur:

“Əsas qənaət diplomatların arada görüşüb-danışması, ordunun isə öz işini görməsidir. Atəşkəs imzalanmadı, sadəcə buna çağırış edildi; rahat işləməsi üçün tərəflər Qırmızı Xaça şərait yaratmaq və mülki obyektləri hədəf almamaq barədə anlaşıblar. Cenevrə danışıqları onu da göstərdi ki:

-Azərbaycanın siyasi təzyiqlərə müqaviməti xeyli artıb və indi daha dirənişlidir.
-Ermənistan təkcə hərbdə yox, diplomatiya sahəsində də çətin vəziyyətdədir.
-ABŞ Qarabağ problemi ilə məşğul olmağa həvəsli deyil, təklifləri spontandır.
- Ciddi və əsaslı nəzarət mexanizmi olmayan istənilən anlaşma pozulacaq.
-Münaqişəni həll edə biləcək tərəflər yalnız Rusiya və Türkiyə ola bilər.
-Azərbaycan hərbi əməliyyatları davam etdirməli və sürətləndirməlidir!”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.