RUSİYA YAXIN ŞƏRQƏ ÇIXIŞ ƏLDƏ ETMƏK İSTƏYİR

3-12-2022, 00:01           
RUSİYA YAXIN ŞƏRQƏ ÇIXIŞ ƏLDƏ ETMƏK İSTƏYİR
Brejnev, Qorbaçov və Yeltsinin tərcüməçisi olmuş, fransız vətəndaşı Vladimir Fedorovskinin Putin Ukrayna və Gizli Üzlər kitabından Rusiyanın Yaxın Şərq Strategiyası:
Türkiyə Rusiya üçün stratejik rəqib olmaqla yanaşı Nato üzvü olması səbəbindən DÜŞMƏN dövlətdir. Türkiyənin çeçen hərbiçilərinə verdiyi logistika və silah dəstəyi, Bakı-Ceyhan neft xəttinin inşası Avrasiya və Atlantik rəqabəti fonunda Moskvaya qarşı böyük miqyaslı həmlələr olaraq oxunmalıdır. Bu isə Rusiyaya Türkiyə əleyhinə İran ilə ilə əlaqələri genişləndirmək, Kiprdə rumlar lehinə lobbiçilik fəaliyyətinə başlamaq, üsyankar kürt qruplaşmalarına dəstək vermək üçün əlini gücləndirdi. Rusiyanın Yaxın Şərq strategiyası sadəcə siyasal deyil, dini hədəflərdə daşıyır. Atlantik nizamında yer alan Vəhhabilik, Sünnilik cəbhəsinə qarşı, Moskva daim İran şiəliyini öz siyasətində prioritet olaraq təyin etmişdir.....
Buna səbəb isə Səudiyyə Ərəbistanı və Türkiyə vektorlu Sünni bloku atlantikçi cəbhədə yer aldığı üçün Rusiyanın YENİ AVRASİYA İMPERATORLUĞU VƏ YAXIN ŞƏRQ SİYASƏTİNDƏ cənub qütb koalisiyasında yer ala bilməz. Bu rolu İranın üstlənməsi üçün tarixi, coğrafi, dini və siyasi səbəbləri vardır. Moskva-Tehran vücudunun yaranması Rus imperiyasının bir çox problemlərini həll edəcəkdir. Ayrıca Pyotr zamanından rusların hədəfi olan İSTİ DƏNİZLƏRƏ çatmaq strategiyasınıda tamamlamış olacaq. Ruslar Almaniyanı Orta Avropa olaraq gördükləri kimi, İranıda Orta Asiya olaraq görürlər. Moskva yeni Avrasiya İmperatorluğunda İrana bölgədə PAX PERSİCA qurma fürsəti verərək, Yaxın Şərq, Cənubi Qafqaz və bütün Avrasiya cəbhəsində Atlantik blokunda yer alan Səudiyyənin maliyyə və siyasi, Türkiyənin Pantürkizm hədəflərinə qarşı bir qalxan qurmağı hədəfləyir.........
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.