Zelenskiyə Qərbin dəstəyi azalır?

5-12-2022, 08:57           
Zelenskiyə Qərbin dəstəyi azalır?
Münaqişənin uzanması Vladimir Zelenskinin mövqeyini çətinləşdirir, onun Qərbdəki dəstəyi azalmağa başlayır.

Axar.az xəbər verir ki, bu barədə "Rebelion" nəşri analiz yayıb.

“ABŞ və Böyük Britaniya da daxil olmaqla, digər ölkələr hələ də münaqişəni sona çatdıra biləcək istənilən danışıqlara mane olmağa davam edir. Baxmayaraq ki, onların Zelenskiyə qeyd-şərtsiz dəstəyi azalmağa başlayır”, - məqalədə bildirilib.

Qeyd edilib ki, AB-nin Vaşinqtondan iqtisadi, enerji və hərbi asılılığının artmasından yalnız ABŞ faydalanır:

"Hazırkı böhran həlldən çox uzaqdır və Ukrayna üçün statusdan danışmaq çox gecdir. Bu ölkə NATO-ya qəbul edilə bilməz. Moskvanın maraqlarını təmin etmək üçün Rusiyanın tərkibinə daxil olan ərazilər müzakirədən çıxarılmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru