“Meqa Sığorta” ilə müştəri arasında QALMAQAL - “ÖDƏNİŞİ DÜZ VERMİRLƏR”

13-11-2019, 12:46           
“Meqa Sığorta” ilə müştəri arasında QALMAQAL - “ÖDƏNİŞİ DÜZ VERMİRLƏR”
“Meqa Sığorta” şirkətinin zərər çəkənə təklif etdiyi ekspertlə müştərisi arasında narazılıq olub.

Belə ki, oktyabrın 15-də Ziya Bünyadov (Dərnəgül) prospektində iki avtomobil toqquşub. Hər iki avtomobil “Meqa Sığorta”da sığortalı olub.

Şikayətçi Samir Abbasovun sözlərinə görə, polisdə işləri həll edəndən sonra avtomobilini “Meqa Sığorta”ya gətirib. Sığorta şirkətində maşına dəymiş zərəri 495 manat hesablayıblar. Lakin başqa avto-servislərdə təmir üçün 800-1000 manatdan artıq pul tələb olunduğu bildirilib.

“Özüm “Meqa Sığorta”dan ekspert istədim bir həftə ərzində ekspert vermədilər. Ona görə, Maliyyə Bazarlarına Nzəarət Palatasına müraciət etdim. Palataya məktub yazdım. Bundan sonra palatadan “Meqa Sığorta”ya zəng edildi və Meqa Sığorta mənə Ziya adlı ekspert təyin etdi. Ekspertlə “Gənclik Mall”-ın arxasında görüşdük. Ondan sənəd tələb etdikdə təqdim etmədi, amma avtomobilimə baxmağa başladı, mən də başladım həmin şəxsi videoya çəkməyə. Buna etraz etdi və dedi ki, videoya çəkdiyimə görə, avtomobilə baxmayacaq”-deyə Samir Abbasov FED.az-a bildirib.

Sığortalının maşınına baxan mütəxəssisi video çəkə bilərmi sualına hüquqşünas və sığorta eksperti İlkin İbrahiv belə cavablandırıb:

“Burada qeyri-qanunu və ya qanuna zidd heç nə yoxdur. Çünki şəxs digər şəxsi vəzifə səlahiyyəti ilə bağlı çəkir. Həmin ekspert də zərər çəkənin maşınını çəkib. Samir Abbasov ekspertin şəxsi həyatını çəkməyib, onun vəzifə səlahiyyətlərini başa saldığı üçün bu onu çəkə bilər, qanun buna imkan verir”-deyə hüquqşünas bildirib.

Hadisədən bir aya yaxın vaxt keçməsinə baxmayaraq indiyədək ödəniş verilməyib.

FED.az məsələ ilə bağlı Samir Abbasova ekspert təqdim edən “Meqa Sığorta”nın da mövqeyini öyrənməyə çalışıb. Lakin sığorta şirkətindən məlumat verilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.