Bərdə poçtu 3 gündür işləmir – İlginc səbəb

20-11-2019, 11:19           
Bərdə poçtu 3 gündür işləmir – İlginc səbəb
Bərdə rayonunda 3 gündür ki, poç işləmir. Bu barədə Aanxeber.info - a yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, noyabrın 18-dən poçt fəaliyyətini dayandırıb. “Bu dəqiqə Bətdəyə gəlsəniz poçtun qarşısında yüzlərlə adam görərsiniz”, deyə sakinlər bildirib.Poçtun hansı səbəbdən işləmədiyi bəlli deyil. Lakin sakinlər rayonda belə məlumat yayılıb ki, poçtun faəliyyətini Bərdənin icra başçısı Vidadi İsayev dayandırıb. Səbəb isə Bərdədən gedən şikayət və müraciətlərin qarşısını almaqdır. Bərdə ən çox narazılığın olduğu rayonlardan sayılır. Xüsusilə Vidadi İsayev icra başçısı təyin olunduqdan sonra rayonda narazılıq birbəbeş artıb. Mediada Vidadi İsayevin Bərdəni şəxsi təsərrüfatı kimi idarə etdiyi barədə çpxsaylı materiallar dərc edilib. İcra başçısının qanunsuz əməlləri ilə bağlı yuxarı orqanlara yüzlərlər şikayət və müraciət göndərilib. Əhalidə narazılıq yaradan məmurların yeni kadrlarla əvəzlənmə prosesinə start veriləndən Vidadi İsayev narahatlıq içində olduğu deyilir. İcra başçısı hər an işdən çıxarılacağından ehtiyatlanır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.