Koronavirus banklardakı pulları necə “yeyir”? – “Ağ günlər”dən “qara günə” qalanlar...

5-06-2020, 21:24           
Koronavirus banklardakı pulları necə “yeyir”? –
Əkrəm Həsənov: “Gəlirlərin azalması vətəndaşları banklardakı əmanətləri çıxarmaq məcburiyyəti qarşısında qoyub”

“Proseslər uzunmüddətli olarsa, bu, bankların müflisləşməsi ilə belə nəticələnə bilər”

Məlum olduğu kimi, ölkəmizdə yoluxma halları sürətlə artmaqdadırvə bu səbəblə də yaxın gələcəkdə karantin rejiminin yenidən sərtləşdirilməsigözlənilir.

Maraqlıdır, koronaviruslamübarizə və karantin rejiminin sərtləşdirilməsi qarşıdakı aylarda da davam edərsə,bu, bank sektoru üçün hansısa problemlərə səbəb ola bilərmi? Ümumiyyətlə,koronavirus dönəmi ölkəmizin bank sisteminə nə vəd edir?

Moderator.az-a açıqlamaverən bank-maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov, mövcud vəziyyətinbank sektoru üçün yaxşı heç nə vəd etmədiyini bildirdi:

“Banklar üçün iki tipproblem var. Bunları pulsuzluq da adlandırmaq olar. Bir tərəfdən vətəndaşlarbanklardakı əmanətlərini çıxarır. Çünki vətəndaşların gəlirləri azaldıqca, onlaryığdıqlarını xərcləmək məcburiyyəti qarşısında qalırlar.

Digər tərəfdən, banklardapul saxlayan iş adamları da pullarını çıxarırlar. Çünki fəaliyyətləri olmasada, əmək haqqı verməlidirlər və s. Bu, məsələnin birinci tərəfidir. Əgər buproses çox davam etsə, o zaman banklara daxil olan pullar azala bilər.
Digər tərəfdən, banklardaproblemli kreditlərin sayı arta bilər. Həm sadə vətəndaşlar, həm də iş adamlarıaldıqları kreditləri qaytarmaqda çətinlik çəkə bilərlər. Əgər vətəndaşların,sahibkarların gəliri azalıbsa, o zaman kreditləri hansı pulla ödəyəcək? Bu, odeməkdir ki, kreditlərin qaytarılmasında da əlavə problemlər meydana çıxa bilər.Bu problemlər bankların kapitalının azalmasına gətirib çıxara bilər. Proseslər bankların müflisləşməsi ilə belə nəticələnəbilər. Bu, bank sistemi üçün olduqca təhlükəli bir vəziyətdir. Əgər vəziyyətbir qədər də ciddiləşərsə, dövlət banklara dəstək göstərmək məcburiyyətiqarşısında qalacaq”.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.