Ekologiya və Təbii Sərvətlər Nazirliyi şikayətə reasiya verdi: Vəndam bələdiyyəsi çay kənarı zibilləndiyinə görə cərimələndi.

5-08-2020, 19:08           
Ekologiya və Təbii Sərvətlər Nazirliyi şikayətə reasiya verdi: Vəndam bələdiyyəsi  çay kənarı zibilləndiyinə görə cərimələndi.
Teref.az yazır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi saytımızda gedən "Necə çayları,meşələri bu vəziyyətə salmaq olar?! - İTTİHAM" başlıqlı yazıya
gecikmədən reaksiya veriblər.
http://teref.az/manset/161518-nece-caylarimeseleri-bu-veziyyete-salmaq-olar-ttham.html
Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində tullantıların çay kənarına atılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Teref.az-a verilən məlumata görə, araşdırma zamanı Vəndam qəsəbəsindəki Qaraçay və Dəstəmaz çaylarının yaxınlığına tullantıların atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkarlanıb. Tullantıların idarə olunmasına cavabdeh Vəndam bələdiyyəsinin sədri Asif Həşimov barəsində protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında ərazi tullantılardan təmizlənir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.