“Xoydakı ac uşaqlara görə UNİCEF-ə müraciət ediləcək” - Hüquq müdafiəçisi

2-02-2023, 20:14           
“Xoydakı ac uşaqlara görə UNİCEF-ə müraciət ediləcək” -
Xoyda zəlzələdən əziyyət çəkən uşaqlara görə UNİCEF-ə müraciət ediləcək.

TEREF.AZ bildirir ki, bu barədə Cebhe.info-ya Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin rəhbəri Jalə Təbrizi məlumat verib. O bildirib ki, Tehranda bu təşkilatın nümayəndəliyi var:

"Etirazlar çoxalanda İranda fəaliyyət göstərən təşkilatın üzvləri istefa verdilər. İran rejimi təşkilatın sözünə baxmadı və uşaqları aclığa, ölümə məhkum etdi. Etiraz edənlər dedilər ki, biz istəmirik ki, işləyək. Çünki UNİCEF-in buradakı uşaqlar üçün təminatına imkan verilmir. Biz insan haqları qurumuyuq. Buna görə UNİCEF-in Baş ofisinə müraciət edəcəyik. Beynəlmiləl sahədə biz bunu etməyə məcburuq".

"İnsanlar Xoya yardım aparır, rejim onların qarşısını alır. İranda ayrı-seçkilik hökm sürür. Uşaq haqları haqqında təşkilatlar, komitələr var. Hamısına müracət edəcəyik. Zəlzələdən əziyyət çəkən xeyli sayda uşaq var. Onların sağlamlığı bizim üçün lazımdır".

Jalə Təbrizi qeyd edib ki, uşaqlar özləri üşüdüklərini, yemək istədiklərini deyirlər:

"Uşaqları soyuq, aclıq öldürə bilər. Rejim acizdir. Orada cinayət törədilir. Zəlzələ üçün ayrılan vəsaitin hamısını dövlət başqa yerə xərcləyir. Məsul şəxs deyir ki, ayrılan pul qalsın, növbəti zəlzələdən əziyyət çəkənlərə xərclənsin. Bu rejim həqiqətən məmləkəti idarə etməyi bacarmır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.