DƏMİRYOL İDARƏSİNİN YENİ RƏİSİ SABİQ DEPUTATI MƏHKƏMƏYƏ VERDİ – “KARAT”LA ÇƏKİŞMƏ…

31-05-2023, 12:48           
DƏMİRYOL İDARƏSİNİN YENİ RƏİSİ SABİQ DEPUTATI MƏHKƏMƏYƏ VERDİ – “KARAT”LA ÇƏKİŞMƏ…
“Azərbaycan Dəmir Yolları” QSC ilə “Karat Holdinq” MMC arasında məhkəmə çəkişməsi yenidən başlanır. Tribunainfo.az məlumat verir ki, bu dəfə dövlət qurumu şirkəti məhkəməyə verib. Lakin iddianın mahiyyəti açıqlanmayıb. Ötən il də tərəflərin məhkəmə davası olmuşdu. Holdinq dəmiryol idarəsi ilə bağlı iddia qaldırmışdı. Sonra QSC holdinqi məhkəməyə vermişdi. İndi də yenə Dəmiryolları “Karat”la bağlı məhkəməyə üz tutub. Keçən ilki məlumatda deyilirdi ki, stansiya xidmətlərinə görə yığımların tutulması baxımından ADY “Karat Holdinq” tərəfindən 103 076 manat ziyana düşdüyünü iddia edib.
Qeyd edək ki, “Karat Holding” 10-dan çox şirkəti özündə birləşdirən iri qurumdur. “Karat” MTK, “Azİnvest” tikinti şirkəti, “Karmen” dəyirmanı, makaron, kisə və quşçuluq fabrikləri, “Marina Plaza” oteli, “Premium” market məhz bu holdinqə daxildir.

Mediada yayılan məlumatlarda “Karat Holding”in sabiq deputat Əsabil Qasımova məxsus olduğu deyilir. Hazırda şirkətə onun qohumu İqdam Umudov rəhbərlik edir.
Onu da deyək ki, hazırda Dəmir Yolları QSCA sədri Rövşən Rüstəmovdur. Bu çəkişmə isə keçmiş rəis Cavid Qurbanov dövründən qalıb və yenidən başlanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.