Əməkdar muğam ifaçısı meyxana dedi

19-07-2019, 09:28           
Əməkdar muğam ifaçısı meyxana dedi
Azərbaycanın Əməkdar artisti Nigar Şabanova ilk duetini oxuyub. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda müğənni öz Instagram hesabında paylaşım edib.
Onun meyxanaçı Tərlan Novxanı ilə birlikdə ifa etdiyi "Bir ürək" adlı mahnısı 1 günə 150 mindən artıq baxış toplayıb. Nə üçün meyxanaçı ilə duet oxumağı ilə bağlı suallara cavab olaraq Nigar bu haqda yaxın günlərdə açıqlama verəcəyini bildirib. Sonda saç düzümünə və makiyajına görə öz bacısı, stilist Ramiləyə təşəkkür edən müğənni, ona hər zaman yanında olduğu üçün də minnətdarlıq etməyi unutmayıb.
Qeyd edək ki, Əməkdar müəllim Qəzənfər Abbasovun tələbəsi olan müğənni muğam müsabiqəsinin iştirakçısı olub. 30 yaşlı Nigar Şabanova 2018-ci ildə Azərbaycanın Əməkdar artisti adına layiq görülüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru