Başqa milləti gətirib, göyə qaldırmaqla nə demək istəyirlər?

10-09-2019, 18:27           
Başqa milləti gətirib, göyə qaldırmaqla nə demək istəyirlər?
Dünya şöhrətli Azərbaycan əsilli müğənni Sami Yusuf şair İmadəddin Nəsiminin son zamanlar müzakirələrə səbəb olan “Sığmazam” qəzəlini ifa edib.
Musavat.com xəbər verir ki, ifaçı şairin anadan olmasının 650 illiyi münasibətilə ərsəyə gətirilən layihədə “Sığmazam” qəzəlini fərqli bir şəkildə ifa edib. Layihədə 57 nəfərlik orkestr yer alıb və Samini əməkdar artist Təyyar Bayramov, əməkdar incəsənət xadimi Samirə Əliyeva müşayiət edib.
S.Yusufun “Youtube” kanalında yerləşdirilən mahnı qısa zamanda 100 mindən çox baxış toplayıb və sosial şəbəkədə paylaşılaraq gündəmi zəbt edib. Dinləyicilər tərəfindən bəyənilən mahnı haqqında müsbət rəylər yazılıb.
Bütün bunlar müğənni Afət Fərmanqızının bir müddət öncə “Sığmazam” qəzəlini hind musiqisi üzərində oxumasını və tənqidlərə məruz qalmasını gündəmə gətirib.
A.Fərmanqızı musavat.com-a açıqlamasında S. Yusufun ifası və özü haqqında səsləndirilən tənqidlərdən danışıb: “Sami Yusufun “Sığmazam” qəzəlinə müraciət etməsi gözəl haldır. Burada nə var? Qəzəl oxumaq üçündür. Bazara qəzəlin adını verməmişəm ki, oxumuşam. Sami Yusuf da oxuyub, mən də. Bazara Nəsiminin adını verənlər xəcalət çəksin. Mən Xocalı günü İsraildə konsert verməmişəm. Xaqaninin heykəlini sökdürüb, ticarət mərkəzi tikdirməmişəm. Niyə xəcalət çəkirəm? Sami Yusuf cənubi Azərbaycandandır. Onun ifasını bu qədər bəh-bəh ilə yaymaqla heç nə əldə etməyəcəklər. Onun məndən sonra “Sığmazam”ı oxuması mənim uğurumdur. Mənim uğurumu görüb, oxuyurlar. Sami Yusufa qoyulan xərclə 10 xəstə uşağı sağaldardılar. Bu Məhərrəmlik, Aşura günündə savab olardı. Nə büdcədən pul götürdüm, nə kimsə mənə pul qoydu. 200 manat pul xərcləyib “Sığmazam”ı yazdırdım. İndi dillər əzbəridir. Ya zəlzələdən, ya vəlvələdən. Fərqi nədir? Hamı əzbər bilir, xalq qəzəli sevdi. Başqa milləti gətirib, göyə qaldırmaqla nə demək istəyirlər? Mən niyə xəcalət çəkməliyəm?”

UlduzumSan.Az bildirir ki, A.Fərmanqızının Sami Yusifi "başqa millət" kimi təqdim etməsi onun sırf məlumatsızlığı ilə əlaqədardır...
Hər halda belə gümn edirik...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.