"Mən, Elnarə hara, Miri Yusif hara?"

15-11-2019, 17:43           
"Mən, Elnarə hara, Miri Yusif hara?"
Müğənni Manaf Ağayev Əməkdar artist Miri Yusiflə bağlı maraqlı açıqlama verib.
Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan sənətçi toy dəvətlərindən söz açıb.

"Dekabrda bir toy olacaq. Ora məni və Elnarə Abdullayevanı dəvət ediblər. Bir də siyahıda bir müğənni adı var. Görəndə təəccübləndim ki, bu hara, sizin toy hara. Əgər məni, Elnarə istəyirsinizsə, onun nə işi var? Qayıtdılar ki, uşaq istəyib, heç özümüz tanımırıq onu".

Proqramın aparıcısı Tarix Əliyev isə "Miri Yusifə 50 min versən, bütöv toy aparmaz. Amma adamın gündə ən az 3 toyu olur, hətta dördüncünü deyəndə, razılaşmır. Yarım saata 6 min manat alır" sözlərini deyib.

Manaf isə "Elə mənim də dediyim, adını çəkmədiyim müğənni Miri Yusifdir. Onunla bir problemim yoxdur. Janr baxımından biz uyğun gəlmirik" deyə, cavab verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.