"Zaur məni çağırmışdı oxumağa, çağırmamışdı ki, deyə ki, Elnarə ev tikdirir..."

11-12-2019, 19:56           
"Zaur məni çağırmışdı oxumağa, çağırmamışdı ki, deyə ki, Elnarə ev tikdirir..."
“Mən nə tikdim, nə tikmədim, camaatın nə borcunadı, insanlara mənim sənətim lazımdı”
Teref.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva altı mərtəbəli villa tikdirməsi haqda danışarkən deyib. Əməkdar artist bu məsələni gündəmə gətirən aparıcı Zaur Kamalı da qınayıb:

“Vallah altı mərtəbəli villa tikdirmirəm, Zaur Kamal verilişində zarafat elədi. Mən nə tikdim, nə tikmədim, camaatın nə borcunadı, insanlara mənim sənətim lazımdı. Azından-çoxundan bu sənətlə məşğul olmuşuq və bu sənətə avara-avara gəlməmişik. Belə şeyləri xalqın qarşısında danışmaq olmaz. Zaur məni çağırmışdı oxumağa, çağırmamışdı ki, insanların qarşısında deyə ki, Elnarə ev tikdirir. Əvvəla mənim yaşadığım evdə heç kim yaşamaz, amma mən sevə-sevə o evdə yaşayıram. Elnarə özünə ev tikməmiş, öz evi olmaya-olmaya kəndinin insanlarını fikirləşib Qobustanın Çuxanlı kəndinə su çəkdirib. Bundan yazsınlar. Bizim o kənddə heç vaxt su olmayıb və su xəttini o kənddə ilk dəfə mən çəkdirdim. Bu efir aparıcıları sual tapmırsa, heç olmasa bir az bizimlə maraqlansınlar. Mənim də evim olmalıdı, elə ömür boyu paltarlarım divarlardan asılı qalmamalıdır axı”.шаблоны для dle 11.2










 

 




Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.