“Haqq yemə, qursağına yapışar!“ - Acuna sərt sözlər

28-09-2020, 17:36           
“Haqq yemə, qursağına yapışar!“ - Acuna sərt sözlər
Türkiyənin məşhur jurnalisti, TV 8 kanalının sahibi Acun Ilıcalı "Survivor" yarışmasının keçirildiyi Dominik Respublikasına getmək üçün özünə yeni təyyarə alıb.

Yenisabah.az xəbər verir ki, biznesmenin bu addımı sənətçilər tərəfindən birmənalı qarşılanmayıb. Məşhur yazıçı və bəstəkar Şəhrizad rəsmi "Twitter" səhifəsində Acun Ilıcalını etiketləyərək onu əmək oğrusu adlandırıb:

"Aldığın təyyarədə qətiyyən gözüm yoxdur. İstəyirsən, 1000 təyyarə al, ancaq əvvəlcə müəlliflik hüququna görə ödəməli olduğu borcunu ödə, haqq yemə, qursağına yapışar! Sənin yaşın qədər mənim karyeram var. Heç utanmırsan?".

Proqramçı Hakan Eren də məsələyə münasibət bildirib:

"Acun təyyarə almağı bilir, amma sənətçilərin pulunu ödəyə bilmir. Ödəmədiyi borcları ilə bağlı illərlə davam edən məhkəmələri var. Ödəyəcəyi borclar təyyarəsinin bir təkərinin puludur. Necə də kədərlidir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.