“TikTok” ardıcıl ikinci il “Avroviziya”nın rəsmi sponsoru oldu

25-03-2023, 11:14           
“TikTok” ardıcıl ikinci il “Avroviziya”nın rəsmi sponsoru oldu
Çinə məxsus sosial şəbəkə - “TikTok” ardıcıl ikinci il “Avroviziya” mahnı müsabiqəsinin rəsmi sponsoru olub.

“TikTok” platforması “Avroviziya”nı dünyada ən çox baxılan və sevilən musiqi hadisəsi kimi tanıtmağı çalışacağını bəyan edib.

Qeyd edək ki, 2023-cü ilin “Avroviziya” mahnı müsabiqəsi Liverpul şəhərində keçiriləcək.

Layihənin yarımfinalları 9, 11 may, finalı isə 13 mayda baş tutacaq.
Məlumat üçün onu da bildirək ki, ölkəmizi “Tell me more” ifası ilə Tural və Turan Bağmanovlar təmsil edəcəklər.

Mənbə: Newsroom












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru