KILIÇDAROĞLUNA HÜCUM OLUB! – CHP liderinə yumruq zərbələri endirilib + FOTOLAR/VİDEO

21-04-2019, 21:47           
KILIÇDAROĞLUNA HÜCUM OLUB! – CHP liderinə yumruq zərbələri endirilib + FOTOLAR/VİDEO
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ankarada hücuma məruz qalıb.

Ankaranın bələdiyyə sədri Mənsur Yavaşla şəhidin dəfninə qatılan Kılıçdaroğluna bir qrup şəxs hücum edib. Hücum edən şəxslər “PKK bayıra” şüarları səsləndiriblər.

Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, hadisə Ankaranın Çubuk rayonunda Hakkaridə PKK terrorçuları tərəfindən şəhid edilən hərbçi Yener Kırıkçının dəfni mərasimində baş verib.

Bir qrup CHP liderinə qarşı şüarlar səsləndirib. Gərginlik dəfn mərasiminin sonunda daha da artıb, qrup K. Kılıçdaroğluna hücum çəkib. Mühafizəçilərin səylərinə baxmayaraq, CHP liderinə yumruq zərbələri endirilib. Polisin müşayiəti ilə K. Kılıçdaroğlu yaxınlıqdakı bir evə gətirilib. Qrup evi daş-kəsək atıb.

Kılıçdaroğlunun qaldığı ev də daşa basılıb.

Polis CHP sədrini qəzəbli kütlədən qorumağa çalışır. Evin qarşısına bir zirehli maşın da gətirilib.

Hadisə ilə bağlı Ankara Baş Prokurorluğu cinayət işi açıb, araşdırma aparılır.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.