Üç ölkə bir araya gəldi: Türkiyənin əməliyyatına qarşı…

9-10-2019, 10:15           
Üç ölkə bir araya gəldi: Türkiyənin əməliyyatına qarşı…
Misir, Yunanıstan və Cənubi Kipr Türkiyənin Suriyanın şimalına planlaşdırdığı əməliyyatla bağlı bəyanat yayıb.

Teref.az xəbər verir ki, hər üç ölkə Türkiyənin hərbi əməliyyatından narahat olduğunu bildirib.

Misir Prezidenti Əbdülfəttah Sisi, Cənubi Kipr lideri Nikos Anastasiadis və Yunanıstan Baş naziri Kiriakos Miçotakis ötən gün keçirilən zirvə görüşündən sonrakı bəyanatlarında Türkiyənin əməliyyatını “qanunsuz” hesab etdiklərini açıqlayıblar.

Onlar, həmçinin, Türkiyənin öz təhlükəsizliyini təmin etmək üçün keçirəcəyi əməliyyatın Suriyanın ərazi bütövlüyünü pozduğunu bildiriblər və bunu mövcud demoqrafik vəziyyəti dəyişdirmək cəhdi kimi qələmə veriblər. /Axar.az/шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.