İranı da Osmanlı İmperiyasının aqibəti gözləyir, ermənilər 100 il əvvəl... - ŞOK TARİXİ FAKTLAR

21-11-2019, 09:03           
İranı da Osmanlı İmperiyasının aqibəti gözləyir, ermənilər 100 il əvvəl... - ŞOK TARİXİ FAKTLAR
Dünyanın hər yerində neft var. Lakin istehsal qiyməti Yaxın Şərqə nisbətən 5-6 dəfə bahadır. Neftin qiyməti aşağı düşdükcə Yaxın Şərq başda olmaqla, qara qızılla zəngin ölkələrdə gərginlik artır. Ya neftin istehsalını məhdudlaşdırıb qiymətləri yüksəldirlər, ya da Qərb aşağı qiymətə neft istehsal edən ölkələrə şərik çıxır.

Publika.az bildirir ki, Dünya Müharibəsində həm Yaxın Şərq, həm də neft Osmanlı İmperiyasından qoparıldı.

II Dünya Müharibəsinin sona çatmasında neft əhəmiyyətli rol oynadı. Yaponlar Şərqi Hind adalarındakı neft qaynaqlarını əllərində saxlamaq üçün Perl Harbora hücum etdi. Hitler Qafqazın neft yataqlarını ələ keçirmək üçün SSRİ-ni işğal etdi. Səddam Hüseynin Küveyti işğalı və Körfəz müharibəsinin bəhanəsi də neft idi. ABŞ-ın avropalı müttəfiqlərilə Körfəz müharibəsinə başlamasının səbəbi Küveyti işğaldan xilas etmək deyil, nefti Səddamın əlindən almaq idi. 11 sentyabr hadisələrini bəhanə edərək Yaxın Şərqə demokratiya yaymaq təşəbbüsləri bütün bölgəni və onların zənginliklərini nəzarətə götürmək həvəsi idi. Suriyada heç cür bitməyən müharibə bəhanəsi, Yəməndəki qarşıdurmaların səbəbi, hətta İrandakı son olayların da əsl səbəbi də neft oldu.

Koreya böhranı, Kuba böhranı, Fələstin məsələsi, Vyetnam müharibəsi, Ərəb-İsrail savaşı, SSRİ-Əfqanıstan savaşı, ABŞ-Əfqanıstan müharibəsi, İranda rejim dəyişikliyi, Qafqaz hadisələri, İran-İraq savaşı, Şərqi Timur məsələsi, Süveyş böhranı, Liviya, Misirdə rejim dəyişiklikləri, Suriya Vətəndaş Müharibəsi, Yəmən müharibəsi, Arakan hadisələri, Cənubi Amerikadakı çevrilişlər, İranda küçə iğtişaşları və ən əhəmiyyətlisi, Osmanlı İmperiyasının süquta uğramasının əsas səbəbi neft və onun keçid məntəqələri olub. Dünyanın ən böyük ikinci neft ehtiyatlarına sahib Səudiyyə Ərəbistanının sakit göründüyünə baxmayın. Onlar neft çıxar-çıxmaz məsələni anlamış və lazım olanı etmişlər. Neft gəlirləri ABŞ banklarında, neft müəssisələri isə amerikalı idarəçilərdədir. Əmanətə sahib çıxdıqları müddətdə isə problem yoxdur.

Supergüclər eyni layihələri fərqli adlarla təkrar-təkrar masaya qoyurlar- “Sykes-Picot” razılaşması, “Qırmızı Xətt”, İŞİD bölgəsi, Böyük Kürdüstan, Böyük Ermənistan...

150 ildən çoxdur ki, Azərbaycan, İran və Körfəzdəki neftin istehsal və nəql olunma yolları üçün saysız müharibələr başladı. Niyə məhz eyni bölgə? Dünyanın başqa yerində neft yoxdurmu? Təbii ki, var. Amma istehsal büdcəsi dünyanın heç bir yerində bu qədər ucuz deyil. Alyaskada buzların altından, Meksika körfəzində isə minlərlə metr dərinlikdən, okeanın dibindən neft çıxır. Kanadadakı neft maye deyil, torpağın isinməsi və çıxan neftin rafinə edilməsi lazımdır. Rusiyadakı qaynaqların da bir qismi Sibirdədir və onun borularla Avropa, yaxud Çin, Hindistan və Yaponiya kimi istehlak nöqtələrinə daşınması üçün sərmayə lazımdır. O zaman geri tək bir variant qalır: Yaxın Şərq.

İRAN: Əvvəllər ən əhəmiyyətli müttəfiq, indi isə ən əhəmiyyətli düşmən

1901-ci ildə britaniyalı iş adamı Uilyam Knok d'Arçi İran şahı ilə 60 illik neft axtarış-çıxarma razılaşması imzaladı. Neft kraliçanın himayəsində idi artıq. 1921-1925-ci illərdə isə Pəhləvi xanədanını hakimiyyətə gətirən bir sıra çevrilişlər oldu və neft Amerika şirkətlərinin əlinə keçdi. 1941-ci ildə İran şahı Rza Pəhləvi minlərlə almanı vəzifələrə təyin etdi. Britaniya təzyiqinə rəğmən, şah almanları ölkədən qovmadı. Bundan sonra ruslar və ingilislər İranı işğal etdi. 1951-ci ildə İranın Baş naziri vəzifəsinə gələn Məhəmməd Musəddiq İrandakı ABŞ-İngiltərə neft təsislərini milliləşdirdiyinə görə 1953-cü ildə çevriliş ilə devrildi. Neft yenidən ABŞ-Britaniya şirkətlərinin idarəçiliyinə keçdi. ABŞ-ın əhəmiyyətli müttəfiqi artıq İran idi. 1979-cu ildə Xamenei liderliyindəki İran İslam İnqilabı ilə Pəhləvilər devrildi, neft fransızların hakimiyyətinə keçdi.

ABŞ Yaxın Şərqdə İranı beləliklə ən böyük düşməni elan etdi və ölkədə xaos yaratmaq üçün hər üsulu sınadı. Və bu gün İran neftin qiymətinin artmasına görə küçələrə axışan xalqın iqtidarı devirməsindən təşvişə düşüb.

1899-cu ildə britaniyalı mütəxəssislər hazırladıqları hesabatda Mosulda qayalardan aşağı neft sızdığını, hətta Dəclə sularının çirkləndiyini yazdı. Osmanlı Mosul neftini Avropaya qatarla çatdırmaq üçün dəmir yolu layihəsini reallaşdırdı. 1901-ci ildə almanlar Mosulda “tükənməz neft qolu” tapıldığını “Deutsche Bank”a xəbər verdilər. Berlin-Bağdad-Bəsrə Dəmir Yolu Sultan II Əbdülhəmidin dövründə almanlar tərəfindən inşa edilib. Burada çıxarılan neftin dəmir yolu xətti ilə nəqli mümkün olacaqdı. Britaniya bu layihəni özünə qarşı ciddi təhdid kimi dəyərləndirdi. O dövrdə Osmanlı İmperiyasının tərkibində olan Küveytə qədər uzadılması planlaşdırılan layihənin ərəb tayfalarını qıcıqlandırmasından sonra qarşısı alındı. Mərkəzi mövqeyi və limanlara görə layihənin logistik mərkəzi olan Adana şəhəri erməni dəstələrinin hədəfi oldu. Osmanlı İmperiyasının parçalanmasına doğru atılan addımlar sürətləndi. 1915-ci ildə ingilislər Bəsrəni, 1917-ci ildə Bağdadı və 1918-ci ildə Kərkükü işğal etdi. 1919-cu il Paris Sülh Konfransında bu torpaqları Osmanlı İmperiyasından qopararaq İraq adlı yeni ölkə qurdular. Sevr müqaviləsi ilə neft bölgələri İmperiyanın əlindən alındı, Mosul və Kərkük Britaniyaya verildi.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.