PKK-da zorlama dəhşəti: Təşkilatdan qaçan qızın çəkdiyi video

22-11-2019, 19:28           
PKK-da zorlama dəhşəti: Təşkilatdan qaçan qızın çəkdiyi video


PKK terror təşkilatından qaçaraq təslim olan F.Ş. adlı qız təşkilatın liderlərindən biri Duran Kalkanın zorlama əməllərini bir-bir açıb.

Qaynarinfo xəbər verir ki, o öz çəkdiyi 3 dəqiqə 48 saniyəlik videonu təhlükəsizlik qüvvələrinə təqdim edib.
Vəkil olmaq arzusuyla orta məktəbi bitirəın, 3 il bundaq qabaqsa aldadılıb dağa qaçırılan, Qəndildə "Abbas” kod adlı Duran Kalkanın təcavüzünə uğrayan hakkarili F.Ş. iki ay əvvəl təşkilatdan qaçıb. "Amara Digor” kod adlı F.Ş. başına gələnləri danışıb:
"Universitet imtahanına hazırlaşmaq üçün pul yığmaq məqsədiylə ev təmizliyi kimi gündəlik işlərə gedirdim. Məni aldadıb dedilər ki, iraqlı yaşlı bir qadına 10 gün baxıcılıq etsən, 2 min dollar verər. Beləcə, məni Qəndilə apardılar. Duran Kalkan Gare sığınacağında yer altındakı mağarasına aparıb "zəncirlərini qırıb səni azad insan edəcəyəm” deyib, məni zorladı. Elə o andan başlayaraq 3 il boyunca bir gün qaçıb təşkilatda baş verənləri açmaq xəyalıyla yaşadım.
Bu təcavüz dayanmadan davam etdi. Bir gün qaçıb yaşadıqlarımı danışmaq üçün Duran Kalkanın etimadını qazandım. "Mən səni komandir edəcəyəm, vəhşi gözəlim”, - mənə deyirdi. Keçən il məni Hakurk düşərgəsinə apardı. "Helin Dersim” adlı düşərgəyə rəhbərlik edən qadın yeni gələn oğlan və qız uşaqlarını sıraya düzmüşdü. Duran Kalkan oğlanların üzünə belə baxmadan tələm-tələsik salamlaşır, qızlara çatanda az qala ağıznın seliyi axa-axa öpməyə başlayırdı. Növbəti 20 qızın arasında hələ evcik-evcik oyanayacaq yaşda olan uşaqlar belə vardı. Onları bir-bir qucaqlayıb öpdü. Əllərini, dodaqlarını, yanaqlarını oxşadı. Beləliklə, mən də onun necə əxlaqsız biri olduğunu göstərmək üçün o anları videoya çəkdim.
Duran Kalkan düşərgələrdəki qadın terrorçular arasında "Biçirpinin (pozğun) Abbas” kimi tanınır. Urfadan 15 və 17 yaşlı Məryəm və Güldünya adlı qızlar keçən fevral ayında Duran Kalkanın təcavüzü üzündən 2 gün arayla tarakan dərmanı içərək intihar etdi. Keçən iyun ayında isə Zap düşərgəsində "Avesta Kato" və "Viyan Cudi" kod adlı qızlar Duran Kalkanın onları zorladığını dedikləri üçün mağara zindanına salındılar. Qondarma məhkəməni də hamımızın gözü qabağında keçirdilər. Danışmağa imkan vermədən onları casusluqda, yalan danışmaqda və Kalkana böhtan atmaqda günahkar bilərək, 4 gün sonra edam etdilər.
Onun əxlaqsız təkliflərinə müsbət cavab verməyənlər çətənə çayı içirdilərək yatırdılır. İllah da Murat Karayılan və Duran Kalkanın qadınlara iyrənc münasibətini hamı yaxşı bilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.