Akşənərdən şok: Yeni partiyaya 20 deputat verir...

13-12-2019, 11:45           
Akşənərdən şok: Yeni partiyaya 20 deputat verir...
Yeni siyasi partiyaların liderləri bizdən dəstək üçün 20 millət vəkili istəsə, bunu verməyə hazırıq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müxalifətdə olan İYİ Partiyasının sədri Maral Akşənər deyib.

Akşənər Əhməd Davudoğlu və Əli Babacanın qurduğu siyasi partiya haqda danışıb:

“Biz də bu yolu keçmişik, əlbəttə, dəstəyə ehtiyacları olsa, bunu edəcəyik. Vaxtilə biz də çətin vəziyyətdə qalmışdıq, kiməsə ümid etmişdik. Həmin dönəmdə 15 millət vəkili lazım idi ki, biz parlamentə girə bilək. Gedib Kılçdaroğludan kömək istədim, indi də Babacan və Davudoğlu belə bir kömək istəsə, biz buna hazırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru