Türkiyə "Stinger" və "İqla"nın analoqu olan "Sunqur" raketini nümayiş etdirdi - VİDEO

2-07-2020, 00:07           
Türkiyə "Stinger" və "İqla"nın analoqu olan "Sunqur" raketini nümayiş etdirdi - VİDEO
Moderator.az xəbər verir ki, Türkiyə, ABŞ istehsalı olan "Stinger" və Rusiya istehsalı olan "İqla" raketləri ilə eyni funksiyaya malik portativ raket istehsal edib. "Sunqur" adı verilən raket çiyindən atıla bilir və ya hərbi nəqliyyat vasitələrinə və gəmilərə quraşdırıla bilir.

Alçaqdan uçan təyyarələrə və vertalyotlara qarşı istifadə edilə bilən MANPADS tipli raket sistemi haqqında Türkiyə Müdafiə Sənaye naziri İsmayıl Dəmir sosial media hesabından məlumat verib:

Müdafiə Sənayesi Nazirliyinin sifarişi ilə, Türkiyənin Roketsan şirkətinin yerli imkanlarla istehsal etdiyi Sunqur raketi uğurla sınaqdan keçirildi. Yüksək manevr qabiliyyətinə malik portativ raket quru, hava, dəniz müdafiə sistemlərinə inteqrasiya ediləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru