Türkiyədə “Bataqlıq” əməliyyatında daha 34 şübhəli saxlanıb

5-07-2020, 12:53           
Türkiyədə “Bataqlıq” əməliyyatında daha 34 şübhəli saxlanıb
Türkiyədə narkotik maddələrin dövriyyəsi əleyhinə keçirilən mübarizə tədbirləri ilə əlaqədar “Bataqlıq əməliyyatı” çərçivəsində daha 34 şübhəli saxlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu “Bataqlıq əməliyyatı”nı Türkiyə Cümhuriyyəti tarixində narkotik maddələrin dövriyyəsi əleyhinə keçirilən mübarizə tədbirlərinin ən böyük cinayət axtarış əməliyyatı adlandırılaraq Hollandiya, Belçika, İtaliya, İngiltərə, İspaniya, Braziliya, Ekvador və Peru olmaqla 9 ölkənin 30 iyundan eyni anda bu prosesə başladığını elan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.