Türkiyənin 2 şəhərində güclü zəlzələ

18-09-2020, 09:32           
Türkiyənin 2 şəhərində güclü zəlzələ
Türkiyənin Muş şəhərinin Qorqud rayonunda 4,2 bal gücündə zəlzələ olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ yerin 13 kilometr dərinliyində meydana gəlib.

Eyni zamanda, Malatya şəhərinin Həkimxan rayonunda da 4,1 bal gücündə yerlatı təkanlar olub. Zəlzələ yerin 15 kilometr dərinliyində yaranıb.

Qeyd edək ki, hər iki şəhərdə baş verən zəlzələdə tələfat və dağıntı qeydə alınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru