Əmək nazirliyi Əmək Məcəlləsini kobud şəkildə pozur - Dövlət Sosial Müdafiə Fondu 4000-ə qədər işçini əmək müqaviləsiz işlədir.

12-08-2020, 00:01           
Əmək nazirliyi Əmək Məcəlləsini kobud şəkildə pozur -
Xatırlayırsınızsa, ötən ilin dekabrın 30-da İlham Əliyev sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı. Fərmana əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun (DMSF) əsasında Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxs yaradılıb. Təqdirəlayiqdir.
Çünki əmək haqqları arta və dövlət büdcəsinin yükü azala bilər.
Teref.az yazır ki, itisadçı alim Qubad İbadoğlu öz növbəti məqaləsində işçilərin haqlarının pozulmasına diqqət çəkir. Qubad İbadoğlu yazır:
DSMF iyul ayında struktur dəyişikliyi və ştat cədvəli təsdiqlənib. DSMF rəhbərliyi bütün işçilərindən 2 ərizə alıb, birincisi öz xahişləri ilə işdən çıxma barədə, ikincisi müvafiq işlə təmin olunmaq barədə. Birinci ərizə əsasında hər kəsi işdən çıxarıblar.
Amma 10 gündən çox ötməsinə və işçilərin işə gəlib getməsinə baxmayaraq mərkəzi aparat işçilərindən başqa heç kimin işə qəbul olunması barədə əmr verilməyib və işçilərin işə qəbulunun imtahan əsasında aparılacağı bildirilib. DSMF-in şçilərin işə çıxmaqlarına baxmayaraq bu dövr üçün əmək haqqı da verilmir. Vətəndaşın əmək və sosial müdafiəsini qorumalı olan bir qurumun öz işçilərinə qarşı belə bir qanunsuzluq etməsi əmək qanunvericiliyinin kobud pozuntusudur.
4000-nə yaxın işçini əmək müqaviləsiz işlətmək hələ ki, işçilərdən başqa heç kəsi narahat etmir.
Halbuki, DSMF-in işçilərinin günahı yoxdur, struktur dəyişikliyi zamanı müvafiq əmrlə hər bir işçi işlə təmin olunmalı idi. Amma, görünür ki, DSMF rəhbərliyi saf-çürük etmək istəyir.
Hələ çoxlarının işə bərpa olunması isə sual altındadır.
Qubad İbadoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.