Xankəndinə gələn erməni nazir Azərbaycan torpağında meşə salmağa qərar verdi... - BİZ İSƏ SUSURUQ...

8-04-2021, 11:44           
Xankəndinə gələn erməni nazir Azərbaycan torpağında meşə salmağa qərar verdi...
Azərbaycan dövlətinin icazəsi olmadan Rusiya sülhməramlılarının(?) dəstəyi ilə Laçındakı dövlət sərhədimizi pozaraq Xankəndində işgüzar səfərdə olan qəsbkar Ermənistanın Ətraf Mühit naziri Romanos Petrosyan Qarabağdakı separatçı xunta tör-töküntüsünün “ərazi idarəetmə və infrastruktur naziri” sayılan Hayk Xanumyan adlı məxluqla görüşüb.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndi və İrəvandakı erməni nəşrləri məlumata yayıb.

Görüş zamanı Azərbaycanın faktiki olaraq Rusiya və Ermənistanın nəzarəti altında qalan ərazilərində meşələrin bərpası və yeni meşələrin salınması məsələləri də müzakirə olunub. Nəticədə Ermənistanın Ətraf Mühit Nazirliyinin fəal dəstəyi ilə Qarabağda 1 hektarlıq tinglik sahəsi yaradılması qərara alınıb. Bu məqsədlə "10 milyon ağac" təşəbbüsü çərçivəsində 100.000 ədəd ting qondarma rejimin müvafiq qanunsuz qurumuna hədiyyə ediləcək.

Bundan əlavə, Ermənistan Ətraf Mühit Nazirliyinin texniki imkanlarından istifadə edərək Qarabağ meşələrinin monitorinqinin mümkün təşkili də müzakirə edilib.

P.S. Xatırladaq ki, sıx meşələr təxribatçı və terrorçuların hərbçilərə və mülki əhaliyə qarşı asan fəaliyyəti üçün münbit şərait yaradır...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru