Onun 100 qramı ilə dünyanı satın almaq olar
16-07-2017, 14:24

Zəfəran: 1 qramı 11.13 dollar olan zəfəran çiçəyi müxtəlif ağrılar və depressiv hallar üçün müalicələrdə istifadə olunur.
Qızıl: 1 qramı 56.73 dollar hesablanan qızıl bütün dünyada geniş şəkildə yayılan ən qiymətli metallardan biri hesab olunur.
Radium: 1 qramı 58 dollar olan maddə daha çox avtomobil təchizatında istifadə olunur.
Platin: 1 qramı 58 dollar olan platin elmi təcrübələr zamanı katalizator rolunu oynayır. Bundan əlavə xərçəng xəstəliyinin müalicəsində istifadə edilən dərmanlarda da bu maddəyə rast gəlinir.
Metamfetamin: Qramı 100 dollar olan bu maddə əsasən dərmanların tərkibinə qatılır. Yüksək dozalı narkotik təsirə malik olan Metamfetamin asılılıq yaradan xüsusiyyətə malikdir.
Kərgədan buynuzu: 1 qramı 110 dollardan dəyərləndirilən kərgədan buynuzu tibb sahəsində yanıq və bədən ağrıları üçün istifadə olunur.
Heroin: Hazırda 1 qramı 131 dollar olan və dünyanın ən təhlükəli maddələrindən sayılan heroin insan şüurunu dəyişmək gücünə malikdir. “Ağ ölüm” adlandırılan bu maddə insanda çox qısa bir zamanda asılılıq yaradır.
Kokain: 1 qramı 215 dollar olan bu maddə ən təhlükəli narkotik maddələr arasında yer alıb.
LSD: 1 qramı 3000 dollar olaraq dəyərləndirilən LSD adı verilən narkotik vasitə güclü şəkildə hallüsinasiya yaratmağa qabildir.
Plutonium: Bu maddənin 1 qramı 4000 dollardır. Hərbi məqsədlər və nüvə reaktorları üçün istifadə olan plutonium yüksək dərəcədə zəhərli və xərçəng əmələ gətirən gücə sahibdir.
Painite: 1 qramı 9000 dollar olan nadir mineral, tərkibində olan dəmir nisbətinə görə bir sıra xəstəliklərin müalcəsində istifadə edilən kristaldır.
Taaffeite: 1 qramı 2500 – 20.000 dollar arasında dəyişən yasəmən rəngli bu ləl-cəvahirat almazdan daha az tapılan və kifayət qədər bahalı maddədir.
Tritium: 1 qramı 30.000 dollar civarında olan tritium maddəsindən teatr, məktəb və ofis binalarının çıxışında yazılan EXİT sözündə istifadə olunur.
Brilyant: 1 qramı 55.000 dollar dəyərləndirilən və ən sərt maddələrdən biri sayılan qiymətli daşın tərkibi saf karbondan ibarətdir.
Kalifornium 252: 1 qramı 27 milyon dollar olan bu maddə 1950-ci ildə kəşf edilib.
Antimatter: 1 qramı nə az, nə çox 62 trilyon dollar olan və dünyanın ən bahalı maddəsi sayılan antimatterin kosmos yanacağı olma ehtimalı var. 1 qramı fantastik məbləğdə dəyərləndirilən maddənin 100 qramı qarşılığında bütün dünyanı satın almaq mümkündür.

