ABŞ-ın İrana qarşı sanksiyalarından daha çox kimin faydalandığı məlum oldu

10-11-2018, 09:56           
ABŞ-ın İrana qarşı sanksiyalarından daha çox kimin faydalandığı məlum oldu
Noyabrın 5-dən İrana qarşı yeni sanksiyalar qüvvəyə minib

Birləşmiş Ştatların İrana qarşı tətbiq etdiyi sanksiyalar Rusiyanın xeyrinə işləyib. Bu barədə Sputnik Azərbaycan The Wall Street Journal-a istinadən xəbər verir.

Belə ki, nəşrin şərhçiləri hesab edir ki, İrana qarşı Birləşmiş Ştatlar tərəfindən tətbiq olunan sanksiyalar Rusiyaya daha əvvəl İran şirkətlərinin olduğu bazarı tutmağa imkan verib.

Həmçinin, qeyd olunur ki, Rusiya tərəfi İran neftini barter şəklində almaq niyyətindir. Ruslar neftin əvəzinə İrana ərzaq və istehsalat avadanlıqları təqdim edəcəklər.

Nəşr yazır ki, hazırda Rusiyada son 30 ildə ən rekord göstəricidə neft hasil edilir və hazırda ölkə bu göstəriciyə görə dünyada liderdir.

Qeyd edək ki, noyabrın 5-dən İrana qarşı yeni sanksiyalar qüvvəyə minib. Yeni sanksiyalar İranın energetika sahəsini – İran neftinin ixracını əhatə edəcək. Rəsmi Vaşinqton bəyan edib ki, onun məqsədi İran neftinin ixracını minimuma endirməkdir.

İran prezidenti Həsən Ruhani bəyan edib ki, İran ABŞ-ın sanksiyaların aşacaq və ABŞ-ı "peşman edəcək". "Birlik və birgə səylərlə biz sanksiyaları aşacağıq, biz ABŞ-ı peşman olmağa məcbur edəcəyik. Biz ölkəyə xarici investisiyaları cəlb etməyə davam edəcəyik. Biz iqtisadi çiçəklənmə yolunu bərpa edəcəyik" — deyə Ruhani qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.