Tanınmış alimin şəxsi əşyaları hərraca çıxarılıb

10-11-2018, 09:58           
Tanınmış alimin şəxsi əşyaları hərraca çıxarılıb
Hokinqin barmaq izi ilə imzalanan "Zamanın qısa tarixi" kitabı da satılan əsərlər arasında olub

Mart ayında 76 yaşında dünyasını dəyişən alim, fizik, professor Stiven Hokinqin 22 fərdi əşyası hərracda satışa çıxarılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun əşyaları 1,8 milyon funt sterlinqə (4 milyon manata) satılıb.

Hərrac zamanı Hokinqin imzaladığı "İnkişaf edən kainatın xüsusiyyətləri" adlı doktorluq dissertasiyası 584 min 750 funt sterlinqə (1 milyon manata) satılıb.

Alimin 1980-1990-cı illərdə istifadə etdiyi avtomobil 300 min funt sterlinqə (668 min manat) "Simpsonlar" cizgi filmində yer aldığı hissənin ssenarisi isə 6250 funt sterlinqə (13000 manat) satılıb.

Hokinqin barmaq izi ilə imzalanan "Zamanın qısa tarixi" kitabı da satılan əsərlər arasında olub.

Hərracda əlil arabasından əldə edilən gəlir Stiven Hokinq Vəqfi və Neyron Xəstəliyi Birliyinə bağışlanacaq.sputnik.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.